“Böyrək kistasının dərman üsulu ilə müalicəsi yoxdur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanlar arasında adətən solitar (sadə) böyrək kistalarına çox rast gəlinir. Bu da insan populyasiyasında 20 % təşkil edir. Yəni, hər beş insandan birində kista aşkarlanır.
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında həkim-uroloq Elçin Mustafayev deyib.
Mütəxəssisin sözlərinə görə, adətən bu kistaların ölçüsü kiçik olur və mürəkkəb deyil: "Üç halda əməliyyat və ya müalicə üçün göstəriş verilir. İlk növbədə, ölçüsü 5 sm-dən (adi böyrəyin ölçüsü 10 sm olur) böyük olan və böyrəyin işləməsinə, yerləşməsinə mane olan kistaları əməliyyatda götürürük. İkincisi, böyrək kistasına bel nahiyəsindən zərbə dəyərsə kistanın daxilinə qanaxma verə bilər ki, bu da sonradan qan laxtalarının irinləməsinə səbəb ola bilər. Belə olan halda böyrək kistasının daxilindəki maye bulanıqlaşır. Üçüncüsü isə həmin kistaların sonradan törəmələrə çevrilməsidir. Böyrək şişinə şübhəni artıran əlamətlər olduğu halda belə biz yenə də əməliyyata üstünlük veririk. Bir faktı qeyd edim ki, böyrək kistasının dərman üsulu ilə müalicəsi yoxdur".
O əlavə edib ki, böyrəkdə kistanın olması təsadüfən aşkarlanır: "Ölçüsü böyük kistalar isə insanda böyrəkdə ağrı çox olan zaman aşkar edirik. İnsanlara tövsiyə edərdik ki, bel nahiyəsində ağrı olarkən vaxt itirmədən həkimə müraciət etsinlər".
E.Mustafayev qeyd edib ki, Azərbaycan sidik daşı xəstəliyi üçün endemik zona sayıldığından bu xəstəliyə daha çox rast gəlinir: "Qadınlarda isə daha çox sistitlər, yəni sidik yollarının iltihabı xəstəlikləri qeydə alınır. Qəbzlikdən əziyyət çəkən insanlarda qasıq yırtığı xəstəliyinin əmələ gəlmə ehtimalı yüksəkdir. Qarındaxili təzyiqi artıran hər bir xəstəlik qasıq yırtığının riskini artırır".
Kişilərdə yaranan böyrək xəstəliklərin cinsi problemlərə yol aça biləcəyini deyən həkim-uroloq vurğulayıb ki, kişilərdə böyrəklə əlaqəli yaranan problemlər gələcəkdə böyrək çatışmazlığına səbəb ola bilər: "Bu da müəyyən hormonların bədəndən çətin çıxmasına gətirib çıxara və nəticədə cinsi həvəsin aşağı düşməsinə dəlalət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!
-
Acunun klubunun xalları silinə bilər
-
Mertin yeni sevgilisi (Foto)
-
3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb
-
Portuqaliya və Konqonun heyətləri açıqlandı
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
“7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir (Foto)
-
Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi - Foto
-
Sabah Lənkəranda qaz kəsiləcək
-
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq (Foto)
-
Bruno Lanqa “Qarabağ”da
-
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar (Foto)
-
Bakıda yeni bazar fəaliyyətə başladı
-
Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub (Foto)
-
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha hökm oxundu
-
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
-
Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxs barədə qərar verildi
-
Azərbaycanda məktəblərin sürətlə bağlanmasının səbəbi bəlli oldu
-
Koçaryana qarşı cinayət işi başlanacaq
-
Ağır qəzada həlak olan Zəhra bir neçə gün əvvəl də qəza edibmiş - (Video)
-
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu (Foto)
-
Bakıda mağaza işçisi obyektdən 10 min manat oğurladı
-
Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)





