Ölkə

Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO

15 Fevral 2019 20:44
5 Şərh     Baxış: 6 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal qəbiristanlığında cavan oğlanın iynələnmiş şəkli tapılıb.

Milli.z Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda müxtəlif sosial media profillərində, səhifələrində məlumat paylaşılıb.

Şəkili iynələnən şəxsə cadu edildiyi düşünülür. Hələ ki, bunun kim tərəfindən törədildiyi, şəkildəki şəxsin kimliyi naməlumdur.

Məsələ barədə Yasamal rayon qəbiristanlığının rəhbərliyi ilə əlaqə saxlamağa çalşsaq da, zənglərimizə cavab verən olmadı.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən isə Sputnik Azərbaycan-a bildirildi ki, sözügedən tapıntı haqda onlara hansısa şikayət daxil olmayıb: "Qəbiristanlıqla bağlı bizə şikayətlər daxil olur. Bu şikayətlər hasarın, qəbir daşının dağıdılması ilə bağlı olur. Amma dediyiniz məsələdən xəbərsizik".

Qeyd edək ki, bundan öncə də qəbiristanlıqlarda bənzər olaylar baş vermiş, iynələnmiş şəkillər, bağlı qıfıllar, düyünlü saplar tapılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.