Ölkə

Hər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir... - FOTO

14 Fevral 2019 12:51
51 Şərh     Baxış: 8 911

Müəllimlərin işə qəbulu prosesi zamanı ucqar bölgələrə dərs demək üçün yollanan gənc müəllimlərin sayında artım müşahidə olunur. Gənc müəllimlər müəllimlik peşəsini icra etmək üçün getdiyi məktəblərdə aktiv çalışırlar.

Belə müəllimlərdən bir neçəsi Qubanın Qəçrəş kəndində çalışır.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, gənc müəllimlərdən olan 24 yaşlı Nigar Bəşirova Bakıda doğulub böyüsə də, müəllimlik karyerasına Qubanın Qəçrəş kəndində başlayıb. Kənd mühitinin həyatı çətinliklər yaratmasına baxmayaraq, Nigar işinə sevgi və həvəs göstərir.

Nigar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayıb.

Gənc müəllim Nigar deyir ki, gənc kadrlara ucqar bölgələrdə daha çox ehtiyac var.

"Çünki bu, bir nümunədir. Gələcəkdə ali məktəbləri bitirən gənclər də işləmək üçün bölgələrə rahatlıqla üz tutacaq. Həmçinin uşaqların uğurlarında az da olsa pay sahibi olmaq mənə sevinc verir. Ucqar kənddə uşaqlarla işləməkdən zövq alıram"

Nigar Bəşirova rayonda kirayədə qalır.

"Kirayədə qaldığım evin insanları çox mehribandırlar. Ona görə də pedaqoji fəaliyyətimi burada davam etdirmək fikrindəyəm. Aldığım aylıq məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manat əmək haqqı alıram. Üstəlik, dərsdən sonra bir neçə şagirdi hazırlaşdırıram. Eyni zamanda burada işləyə-işləyə gələcəkdə magistr təhsili almağı düşünürəm"

Qubanın Qəçrəş kəndində çalışan gənc müəllimlərdən biri də 24 yaşlı alman dili müəllimi Maral Yusifovadır. Maraqlıdır ki, o, dərs keçmək üçün hər gün uzun məsafə qət etmək məcburiyyətində qalır.

Belə ki, hər gün Sumqayıtdan Qubaya gəlib və axşam evlərinə geri dönür. Bu boyda məsafənin olmasına baxmayaraq Maral Yusifova işindən də, şagirdlərdən də, kənd camaatından da çox razıdır.

22 saat dərs yükü olan gənc müəllim 400 manat civarında əmək haqqı alır.

 

"2017-c ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplamışam. O vaxtdan bu günə kimi burada çalışıram. Eyni zamanda  Azərbaycan Dillər Universitetinin Alman dili ixtisası üzrə magistr təhsili alıram.

Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram.

Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar"

 

Qəçrəşdə çalışan digər gənc müəllim isə Şəmkirdə doğulan, hazırda biologiya müəllimi işləyən 23 yaşlı Gülər Abdullayevadır.  O da kənddə müəllim işləməsindən çox məmnun qaldığını söyləyib.

"Müəllimlərin işə qəbulu imtahanında 44 bal toplamışam. Nüvədi kəndində praktikada olmuşam və praktika zamanı buranın təbiəti, insanları mənə olduqca maraqlı gəlmişdi.

Elə seçim edəndə ilk yerdə buranı yazmışdım. 2017-ci ildən burda işləyirəm. Uşaqların dərsə marağı indi yaxşılaşıb. Müxtəlif metodlarla dərs keçirəm deyə, maraq artır. 24 saat dərs yüküm var"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

51 Şərh:

  • Anonim
    Əsranur · 14 Fevral 12:56335

    Burda fəxr olunmalı bir şey görmədim.Gənclər iş tapmırlar deyə,məcburdurlar.Heç olmazsa,maaşları normaldır görən??İnanmıram ki,o uzunluqda yol getmək xüsusi zövq versin gənc müəllimlərə.Sistem düzgün qurulmalıdır.Hamı öz yaxınlığındakı məktəbə işləməyə getsin.Qubada müəllum yoxmudur ki??Saatla yol gedəndən sonra,adam uşağa nə öyrədə bilər bu soyuqda?Heyf,əziyyətlə universitet oxu,axırda da belə..

    Cavab yaz
    • Anonim
      Legenda · 14 Fevral 13:4631

      Əsranur xanım həmişəki kimi düppədüz didiz.

      Cavab yaz
      • Anonim
        Əsranur · 14 Fevral 14:1401

        Salam,Leqenda.Səni burda görmək həm şok effekti,həm də sevinc yaşatdı:)

        Cavab yaz
        • Anonim
          insan*** · 14 Fevral 14:2620

          salam, ezizlerim, Esranir sene dvoynoy shok & sevinc olsun daha, men de yazmisam:-))) fotonu acasiydim bura gelib dushdum...Legenda, sene de bir milli salam

          Cavab yaz
          • Anonim
            Legenda · 14 Fevral 17:3600

            Aleykum salam insan, səndə xoş gəldin:)

            Cavab yaz
        • Anonim
          Legenda · 14 Fevral 14:2820

          Aleykum salam. Arada vaxt tapanda baxıram sizin və Asinin şərhlərini oxuyuram, həmişəki kimi öz ampulanızdasız:)

          Cavab yaz
          • Anonim
            Əsranur · 14 Fevral 15:3500

            İnsan,Leqenda,xoş gəlmisiniz❤

            Cavab yaz
            • Anonim
              insan*** · 14 Fevral 16:5100

              xosh gordum seni de, mudrikim:-) bu urekleri men edende alinmir da nedense, onun sirri nededir belke deyesen

    • Anonim
      Onda · 14 Fevral 14:5823

      bele cixir ki,basqa olkede oxumaga geden,yatagxanada qalan,yari ac telebelerimizin de oxudugu ders,aldigi bilik ne olacaq? Saatlarla yol gedib,das dasimayib ki,45 deq.dersini deyib qayidir.Burda saxsey gedilecek hec ne yoxudu

      Cavab yaz
      • Anonim
        Əsranur · 14 Fevral 15:3361

        Get nənə-babanın oçkisindən tap,sal gözünə,yaxşı oxu.Gənclərin çətin iş tapmalarından gedir söhbət.

        Cavab yaz
      • Anonim
        ... · 15 Fevral 09:4900

        45 saat ders demir, 22 saat ders yuku, heftede 3 ya 4 ders demekdir, yeni ki, gunde 3 saat

        Cavab yaz
  • Anonim
    Əcəl · 14 Fevral 13:0150

    Allah komek olsun sizlere. Masallah. Savad basqa seydi,bax, bu savadlilar,o da oz-ozune mektub yazib oxuyan cahil. Ne deyesen?

    Cavab yaz
    • Anonim
      Əsranur · 14 Fevral 13:0831

      :)))))Əcəl,sən hələ ordasan???Kimlə kimi müqayisə edirsən?:))))))

      Cavab yaz
      • Anonim
        Əcəl · 14 Fevral 13:3120

        Neyleyim,qoyurlar ki,cixim ordan, her gun teze ssenari ile xeber verirler. Muqayise etmirem,intasi:) o da bu milletin qadinidir, (diyesen, adi bir az mentiksizdi;)

        Cavab yaz
  • Anonim
    Platin · 14 Fevral 13:0721

    Qəçreşə cammat istirahətə gediree, nə dağ ? Dağ Xınalıqdı, zeyiddi, Qırızdı, dəhnədi. Yoxsa şəhər tipli məktəbdə işləməyin nəyi qeyri adidir?

    Cavab yaz
    • Anonim
      insan*** · 14 Fevral 14:2500

      salam, Platin, adini cekdiyiniz kendlerin her birinde olan biri kimi deyirem, Qecresin de ozune gore cetinliyi var, burda kendlerin elverisli olub- olmamasi deyil mugayise olunasi obyekt. Esas odur ki, bu xanimlar ucun hec olmasa ailesi terefinden destek var ki, ucgar eraziye islemeye gedibler, halbuki bundan mehrum ne gedee gencimi var. Ikinci mesele ise Esranurumun geyd etdiyi meseledir, verilen o maasa o eziyyet deymir, amma yene de pis gunun omru az olar deyerek gelecek karyera addimlarinda ugurlar arzu edirem. Menim bir professor muellimim vardi, her gun Gubanin Alpan kendinden Xinalig kendine ders demeye gedirdi universiteti teze bitirdiyi illerde, sonra ise karyerasinin en yuksek pillelerine yetishdi. Yeni savadlanmag ve savadlandirmag arzusu ve noyyetinde olan her bir gence ancag ugur dilemek lazimdir.

      Cavab yaz
      • Anonim
        Platin · 14 Fevral 14:3311

        Salam, İnsan. Siz o kəndkərdə olmusunuzsa mən daha yaxından bələdəm. Dəstək mövzusunda haqlısınız. Ammabu o qızın uğuru deyil, valideyninə aid müsbət davranışdı. Xəbər o valideyndən olsaydı o başqa məsələ.

        Cavab yaz
      • Anonim
        Platin · 14 Fevral 14:3711

        Paytaxtdan gedib daha çətin şəraitdə işləyən yüzlərlə gənc qız var. Yəni bu artıq yenilik deyil... Hələ Qəçreş kimi, rayonun məktəblərindən belə şəraitli məktəbdə işləyib bunu fədakarlıq kimi qeyd etməyin bir adı var oda REKLAMLAR.

        Cavab yaz
        • Anonim
          insan*** · 14 Fevral 16:5800

          bir de bilirsiniz mesele necedir, Avropa insani hetta 5-6 saatlig mesafeye derse, ishe gedir, o geder insanlar ucun rahat serait gurulub ki, bu mesafe cox gisalib. Tekce mesafe de deyil, mekteb, uni yatagxanalarla temin olunub isteye gore sadesinden tutmush luksuna kimi. Bizde ise butun seraitsizlik bir yana, maddi problem de diger terefden, muellim ne geder maas almalidir ki, hem ozu dolansin, hem kiraye odesin, hem de ailesine maddi destek gostere bilsin.

          Cavab yaz
      • Anonim
        Platin · 14 Fevral 14:3810

        o alpandan xınalıqa gedən müəlliminizin adı nə idi? bəlkə tanımış ola bilərəm)

        Cavab yaz
        • Anonim
          insan*** · 14 Fevral 16:5100

          Platin, anladigim gederi ile eyni zonadanig, hem bolgeden oldugum ucun, hem de ishle elageli o kendlerde oldugum ucun sadecə serhiniz gerib geldi, neticede kend kenddir ve nezere alsag ki, Azerbaycanda veziyyet necedir, o zaman bu reklam adlandirdiginiz xeber, hem de heyata yeni atilan genclerin kicik de olsa ugur hekayesidir, reklam olunan onlar deyil, "ugurlu sistemdir":-)) hemen muellim ise ADU da calisib, dilcidir, belke bu ipicularla tanidiniz:-)

          Cavab yaz
          • Anonim
            Platin · 14 Fevral 17:4010

            Yəqinki)) Yanlış xatırlamıramsa sizin adınızın sonunda ulduzlar yox idi. Siz həmin İnsansız? Tərtərdən, və oğuzdan iki nəfər vardı gəlib Xınalığa gəlib, orda qalıb işləyən. Hansıki Xınalıq özü Qubadan 2 saatlıq məsafədədir. Bakıdan gəlib Dağ Zeyiddə işləyən hamilə müəllimə.3 gün qalıb, sonra qayıdan. 1 nəfər üçün gediş gəliş 15 azn olan Zeyid. Astaradan gəlib CİMİ-də tək qalıb işləyən müəllimədə qız uşağıdır. Siyahını uzadmaq olar n qədər. amma nə lazım... Yəni gəlib dağda qalıb, hər cür rahatlığından keçib işləməklə 1.5 saat yol qətib edib işləmək eyni deyil. Bakının özündə işləyən müəllimlər belə bəzən 2 saat yol gedənləri var.

            Cavab yaz
          • Anonim
            Platin · 14 Fevral 17:4400

            Son cümlənizlə 100 faiz razıyam. Bunların heç biri fəxr ediləsi, uğur sayıla bilməz 21ci əsrdə, təhsil sistemi üçün... Sabah araşdırım dediyiniz müəllimi Bura qeyd edərəm ))

            Cavab yaz
            • Anonim
              insan*** · 14 Fevral 18:0000

              beli, hemen serhciyem, sadece o adla cox yazanlar oldugu ucun simvollari elave etdim. Siz tapmasaniz men size geyd ederem, hetta maraglidirsa, olkenin yegane etnogroflarindan sayilan, toponimikada sozunu deyen tarixci professorlarimizdan biri de Rustov kendinden olub:-)) onu da arasdira bilersiniz, marag oyatsa

          • Anonim
            Platin · 14 Fevral 18:2400

            Xoş gördük o zaman) Sevindim həmin şərhçi, Həmdə yerli olduğumuza)) Rustovdan eləbir tanışıb olmasada digəri haqqında ümid edirəm. Sabaha qədər.

            Cavab yaz
            • Anonim
              Platin · 15 Fevral 18:5700

              Salam İnsan. Rahib müəllim?

            • Anonim
              insan*** · 15 Fevral 19:5200

              axsaminiz xeyir, Platin, Rahib muellim menim uccun de yenilik oldu, cunki tanimiram, hansi sahededir? Diller Universitetinde illerini elme hesr etmis hagginda behs etdiyim professor Ələkbər Qubatovdur, sozun esl menasinda ziyali. Rustovlu Azerbaycanin yegane etnogrof alimi, professor ise Qiyasəddin Qeybullayevdir(artig rehmete gedib) internetde pdf seklinde eserleri var cox maraglidir oxumag isteseniz.

            • Anonim
              Platin · 15 Fevral 21:2100

              Hər vaxtın xeyir. Yəqin ki ayrı adamlardı. Rus dili müəllimi olub, 90cı illərdə işləyib orda. Həm də professor deyəndə dedilər yox. Təşəkkür edirəm məlumat üçün)

  • Anonim
    Platin · 14 Fevral 13:0931

    Qəçrəş Qubanın eləcə də. Azərbaycanın istirahət zonalarından biridir. Qışı. başqa gözəldir. Hər bir şəraiti var. Su qaz asvalt yol. Qız sadəcə. Şanslıdır. Heç bir. fədakarlıq. filan yoxdur.

    Cavab yaz
  • Anonim
    Platin · 14 Fevral 13:1141

    Evin qoyub gedib cəbhə bölgəsində işləyənləri də yada salardız kaş

    Cavab yaz
  • Anonim
    Qaqa · 14 Fevral 14:4440

    Qubadan olanlar LIKE. TORPAGIM

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Fevral 00:1120

      Men sene Like etdim nenem Qubalidi anamin anasi Qecresde Qubada cox olmusam

      Cavab yaz
      • Anonim
        Qaqa · 15 Fevral 09:2820

        Samaxili qiz, axi 1 ortaq noqtemiz oldu

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 15 Fevral 12:5110

          Süd Padşahındı deyibler ele ana teref Qubali olmaq Qubali olmaqima bes edir :))))Axır ki , innen bele xetrime deymezsen yeqinnn :)))

          Cavab yaz
          • Anonim
            insan*** · 15 Fevral 19:5300

            Esra, axsamin xeyir, Qubanin ozundendir ana teref ya kendinden?

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Fevral 22:1210

              Ay insan necesen seni gordum lap xos oldum üzrlü say gec gordum kendindendiler Cimi kendinden Qusarçayda da qardaslari qalir nenemin

  • Anonim
    Haqq · 14 Fevral 14:5830

    Neyləsinlər boş bekar evdə oturub qalmaqdansa çətində olsa işləmək lazımdır. Hayatda ümümən götürəndə asan şey yoxdur. Gənclərin hərəkəti təqdirə layiq və digərləri üçün bir örnək bir nümünədir. Əhsən sizə qızlar. Siz bu fədakarlıgınızla digər yaşıdlarınıza həyat dərsi keçirsiz.

    Cavab yaz
  • Anonim
    Xalq · 14 Fevral 15:0150

    Ay şərh yazan kişilər . Bu xəbərə qarşı belə neqativ reaksiyanızı başa düşmək olmur. Oturun papağınız varsa qoyun qabağınıza və yadınıza salın görün , sizlər özünüz üçün qəçrəşdə dincəlməkdən başqa ,bu millət üçün nə etmisiniz ?

    Cavab yaz
    • Anonim
      Haqq · 14 Fevral 15:5620

      Belə bir məsəl var** Soruşma xalq mənim üçün nə edib sorüş mən xalqım üçün nə etmişəm.**

      Cavab yaz
    • Anonim
      Platin · 14 Fevral 17:2300

      Hörmətli Xalq. Siz bunu yazmısız, mən isə cavab yazıram. Nəzərdə tutduğunuz insanlar isə ya səngərdə xidmət edir, ya başı elə məşğuldur ki nəinki buları oxumaq və cavablamaq, öz ailəsinə belə vaxt ayıra bilmir.

      Cavab yaz
  • Anonim
    platinə · 14 Fevral 15:3211

    eviniz isti , divanınız yumşaq , telefonunuz ən iri ekran , ürəyiniz və qalbiniz isə ..............................

    Cavab yaz
    • Anonim
      Platin · 14 Fevral 17:2002

      Evim istidir bəli, digərləri bəlkə sizin üçün önəmlidir, mənə yox. Ürəy və qəlb ayrı birşeydimi? )) siz kənardan baxırsız amma mən isə hadisələrə daha yaxınam ona görə təsir edir....

      Cavab yaz
  • Anonim
    Haqq · 14 Fevral 20:0030

    Bu məqalədə bu günku həyatımız üçün çox aktual olan bir məsələdən bəhs edilir. Həm də çox ibratəmiz bir məsələ. Burada gənclərimizə vətənpərvərlik ruhu aşılanır.Onlara çətinliklərdən qorxmamaq və s. kimi müsbət keyfiyyətləri özünə cəmləşrirmək tövsiyyə edilir.Amma bəziləri mətləbdən tamam uzaq şərhlər yazır.Xahiş olunur məqalənin ruhuna yad olan şəhrlər verilməsin.

    Cavab yaz
  • Anonim
    xalq · 14 Fevral 20:2320

    Çox hörmətli platin. Məni maraqlandıran bir sualı cavablandırsaz sizə çox minnətdar olaram. Bir cavan , ali savadlı AZƏRBAUCANLI xanımının göndərişlə AZƏRBAYCANIMIZIN bölgələrindən birində məktəbdə işləməsi və AZƏRBAYCANIN gələcəyi olan balalarımıza bliklər verməsi barədə xəbərə niyə belə neqativ reaksiya verdiniz ? Ancaq sizdən çox xahiş edirəm , bu mövzuya döyüş bölgəsində səngərlərdə keşik çəkən çox dəyərli qardaşlarımızı , metroda havasızlıq şəraitində çalışan qardaş və bacılarımızı , neft daşlarında ağır şəraitdə işləyən dəyərli vətəndaşlarımızı qatmayın. ALLAH hamıya qəlbində , ürəyində olan qədər nəsib eləsin. AMİN.

    Cavab yaz
  • Anonim
    ?????? · 14 Fevral 20:4520

    Platinə. 17: 20 - də yazdığınız şərhdən sitat. ( EVİM İSTİDİR BƏLİ , DİGƏRLƏRİ SİZİN ÜÇÜN ÖNƏMLİDİR , MƏNİM ÜÇÜN YOX ) .Sizdən xahiş edirəm cəbhə bölgəsindən , səngərlərdən yazmayın . Çün ki , sizi isti evinizdən və yumşaq divanınızdan başqa heç bir şey maraqlandırmır. Mən isə ən azından , Azərdaycanımın bütün vətəndaşlarına harada yaşamaqlarından asılı olmayaraq can sağlığı , firəvan həyat , isti ev , yumşaq divan arzulayıram.

    Cavab yaz
    • Anonim
      Platin · 14 Fevral 22:5101

      Mən əslində kriptoqrafiya ilə yazmamışam. Yenədə sizin üçün izah edim ki, mənim üçün önəmli olan isti evdir, yumuşaq divan, bahalı telefon deyil. Yazıımı düzgün başa düşməyi arzu edirəm sizə...

      Cavab yaz
  • Anonim
    xalq · 14 Fevral 23:1310

    Çox hörmətli Platin , sualıma cavab vermədiniz . Gecəniz xeyirli olsun. HÖRMƏTLƏ...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Fevral 00:1330

    Belke de adlari gedir summativ falan olanda gedirler yazdirib gelirler her gün men inanmiram bu qeder yol gedib geesen Bizim bir muellime var idi alverci idi günü İranda Turkiyyede gecirdi ad idi ders deyir de bize ne olsun veziyyetden cixartirdilar

    Cavab yaz
  • Anonim
    xalq · 15 Fevral 10:4600

    EHHH ŞAMAXILI , ŞAMAXILI . Həyatımızda gözəl insanlar olub , var və olacaq . Onlar olmasa , həyatın mənası olmaz. HÖRMƏTLƏ...

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Fevral 12:4710

      Elbette olub menim oz atam meni 4 il Universtitete aparib masinla gozleyib eve getirib Allaha and olsun duz 4 il qisin qarinda, payizin yaqisinda , yayin istisinde yorulmadan oturub masinda krossvord hell eedirdi dusurdu bir az bufetde otururdu nece saat her gun Ola biler bunun da atasi beledi amma bizim yolnan bublarin mesafesinde xeyli var

      Cavab yaz
  • Anonim
    Uzeyir · 19 Fevral 05:2900

    Qecriw,gozel kentdir .Orada muellim iwlemeye deyer.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.