"Azərpoçt" daha bir beynəlxalq ödəniş sisteminə qoşulur - Pul köçürülməsi rahatlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir beynəlxalq ödəniş sisteminə qoşulur.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, "Azərpoçt" MMC Rusiyanın "Digital Payment" şirkətinə məxsus "Sendy" ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.
Qeyd edək ki, "Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir. 70 mindən çox hüquqi şəxs bu sistemin müştərisidir. Artıq ölkəmizdə də "Azərpoçt"un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər.
"Azərpoçt" və "Digital Payment" arasında tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan yaradacaq. "Sendy" proqram təminatının və avadanlıq kompleksinin "Azərpoçt" tərəfindən təmin edilməsi isə ölkəmizdə innovativ rəqəmli mobil ödəniş texnologiyalarının genişlənməsinə töhfə verəcək. Eyni zamanda, ticarət və xidmət müəssisələri üçün nağdsız əməliyyatların faizlərini azaldacaq, bütün müştərilər üçün maliyyə xidmətlərindən istifadədə rahatlığı təmin edəcək, təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradacaq.
"Azərpoçt" MMC-nin prioritet vəzifəsi milli pul vahidlərində universal ödəmə məkanının yaradılması, ən son mobil texnologiyalardan istifadə edərək öz müştəriləri, eləcə də, tərəfdaşlarının müştəriləri üçün maliyyə xidmətlərinin genişləndirilməsi və xüsusilə sərhədsiz köçürmələrin artırılmasıdır.
Qeyd edək ki, bu gün dünyada biznesin iki növü sürətlə inkişaf edir. Bu, smartfona inteqrasiya edilmiş onlayn ticarət və rəqəmli ödəniş sistemidir. Poçt strukturlarında ödəmə şərti ucuz olan və QR kodlar əsasında rəqəmli mobil həllər tətbiq edən xidmətlərə üstünlük verilir. Ölkəmizin poçt sistemi də bu prinsipə əməl edən beynəlxalq ticarət və çatdırılma sistemlərinə inteqrasiya olunub.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto)
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
XƏBƏR LENTİ
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto)
-
Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib
-
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi





