Ölkə

Attestat ala bilməyənlər üçün keçirilən imtahanların nəticələri açıqlandı

29 Yanvar 2019 10:32
0 Şərh     Baxış: 1 678
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən report-a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 218 nəfər iştirak edib. 

Onlardan 134 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Qeyd edək ki, eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla, ümumi orta təhsil səviyyəsi üzrə 12, tam orta təhsil səviyyəsi üzrə isə 11 fəndən imtahan veriblər. Rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənn üzrə (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına daxil olaraq məlumat əldə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.