Peşəsi ilə hər kəsin hörmətini qazanan 80 yaşlı sənətkar - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səhvlərimi düzəldə-düzəldə öyrəndim"
Elə peşələr var ki, bu günə qədər çoxlarımız bu haqda heçnə bilmirik. Müasir dövrümüzdə, komputer əsrində hələ də sənədlərin işlənməsi və tikilərək toplanması işini görən insanlar var.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Qax rayonunda yaşayan yaşlı bir insan rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrin arxiv sənədlərini tikir.
Ömrünün 30 ilini Qax rayonunun idarə və müəssisələrinin sənəd işlərinə həsr edən 80 yaşlı Sabir Mehdiyev bu peşəsi ilə hər kəsin yanında hörmət qazanıb. Hər gün səhər erkəndən sənəti ilə eyni yaşda olan çemodanını da qoltuğuna vurub yollanır dəvət aldığı idarələrə. Orada ona heç də hər kəsin bacara bilmədiyi bir iş tapşırılır. Müəssisənin rüblük və illik sənədlərini bir araya toplayaraq tikmək.
Sabir Mehdiyev - sənətkar: "Əvvəl tikirəm, sonra üzlüyüb üzləməməyi soruşuram. Üzlük çəkəndə yaxşı olur. Kənarı parça olur, üzərində oboy vururam".
Sabir baba bu peşəni uzun illər öncə yaxın qohumundan öyrənib. Həmin vaxt tikdiyi sənədlər yaxşı alınmayıb və hətta o, bu işi yarımçıq saxlamaq istəyib. Hər sənəd işlərini tək-tək sıra sayları pozulmamaq şərtilə yığaraq cəmləyən və bir-neçə proses nəticəsində tikməyə başlayan Sabir baba bildirir ki, Qax rayonunda yeganə mütəxəssisdir. İtib-batmaqda olan bu peşəni isə hələ ki, davam etdirən yoxdur. Bu işdə göz nurunun, səbrin və dəqiqliyin rol oynadığını söyləyən qəhrəmanımız peşəsini sevdiyini vurğulayır.
Sabir Mehdiyev - sənətkar: "Əmim oğlundan öyrəndim bu sənəti. Səhvlərimi düzəldə-düzəldə öyrəndim. Sonra kardon, ip aldım material yığdım başladım tikməyə".
Qaxda fəaliyyət göstərən idarə və müəssisələrin mühasibləri Sabir dayını daha yaxşı tanıyırlar. Onlar yaşlı mütəxəssisi mühasiblərin köməkçisi adlandırırlar.
Ruqiyyə Bilalova - mühasib: "Əvvəllər də mədəniyyət sahəsində işləyəndə də Sabir dayıya müraciət etmişik. Gəlib işlərimizi səliqə ilə tikir. Bu sənədin tikilməsi həm biz mühasiblərin xeyrinədi, həm də yoxlama gələndə rahat şəkildə baxmağa kömək edir".
Peşəsindən asılı olmayaraq, öz işinə aşiq olan, ona hörmət bəsləyən insanlar hər kəs tərəfindən həmişə sevilir. 80 yaşında canında can tapan Sabir baba kimi peşəkarlara isə, bizdən can sağlığı arzulamaq düşər...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





