Ölkə

Məktəblərdə iki gün dərslərin dayandırılması qış tətilinin müddətinə təsir edəcəkmi? - RƏSMİ

18 Yanvar 2019 11:17
1 Şərh     Baxış: 4 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir edib-etməyəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, yanvarın 17-18-də məktəblərdə tədrisin dayandırılması şagirdlərin yanvarın sonunda olacaq qış tətilinin müddətinin azaldılmasına səbəb olmayacaq:

"Qış tətili yanvarın 27-31-də olacaq. Şagirdlər yanvarın 17-18-də dərsə gəlmədiklərindən onların tətil günlərinin sayı azaldılmayacaq. Tətil günləri nəzərdə tutulduğu qədər olacaq".

Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Bununla bağlı bütün tədbirlər təxirə salınıb.

2018-2019-cu tədris ili üzrə 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.