Tanınmış britaniyalı jurnalist - Azərbaycan artıq Formula 1-in top 5-liyində özünə yer edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın fantastik trası var. Bakıdakı tras ən həyəcanvericilərdən biridir. Burada həm yüksək sürət, həm də çətin döngələr var. Bakıdakı trasın imkanları, özəllikləri, fərqli cəhətləri, gözəlikləri çoxdur. Yəni əminliklə deyə bilərik ki, Azərbaycan artıq Formula 1-in top 5-liyində özünə yer edib. Artıq Bakıda Qran Prilər ən maraqlı yarışlardan olur. Onu da deyə bilərəm ki, Azərbaycan bu səviyyəyə çox tez gəlib çatıb".
Bu barədə Milli.Az-a açıqlamasında Böyük Britaniyanın məşhur "İndependent" qəzetinin müxbiri, avtoidman yarışlarından yazan tanınmış veteran jurnalist, "GrandPrix+" jurnalının tərəfdaş-təsisçilərindən və Formula 1 üzrə nüfuzlu ekspertlərdən biri Devid Tremeyn (David Tremayne) bildirib.

Britaniyalı jurnalist hesab edir ki, 2018-ci ildəki mövsüm əvvəlkilərlə müqayisədə Formula 1 tarixinə böyük bir imza atması ilə fərqlənib: "Çünki bu il çox fantastik yarış oldu. "Mercedes" və "Ferrari", Luis Həmilton və Sebastian Fettel arasında fantastik mübarizə baş tutdu. Əvvəlki illərə nisbətən bu il yarışma daha gərgin və intensiv keçdi və qaliblər 2017-ci ilə nisbətən daha çox xal topladılar. Maks Ferstappenli "RedBull" da çox layiqli mübarizə apardı. Mübarizədə üç komandanın olması olduqca çox maraqlı idi.
Formula 1-də qalib bəllidir - YENİLƏNİB - FOTO
Formula 1 bilicisi hesab edir ki, növbəti illərdə mübarizə daha gərgin keçə bilər: "Məncə bu il kimin yarışın qalibi olacağını əvvəlcədən proqnozlaşdırmaq olmazdı. Hesab edirəm ki, son yarışdan əvvəl də qalib bəlli olmamalıydı. Düşünürəm ki, "Ferrari"nin işi yaxşı getsəydi, sona qədər mübarizə apara bilərdi. Mən gözləyirəm ki, növbəti il "Ferrari" builki səhvlərindən nəticə çıxaracaq. Məncə həm "Ferrari" komanda şəklində, həm də Sebastiyan Fettel öz səhvlərinə nəzər yetirməli və onları aradan qaldırmalıdır".

Bakıda Formula 1 tamaşaçılarını gözləyən sürprizlərin bəzi detalları açıqlandı
Qeyd edək ki, 2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur "The Times" və "The Guardian" nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən "2018-ci ilin ən yaxşı yarışı" seçilib.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Roza Zərgərli onun ifasını eşidib ağladı - (Video)
-
Evdən 21 yaşlı qızın meyiti tapıldı
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Hövsanda mağazanın tavanı uçdu - Qadın yaralandı
-
Həsən Osmanov vəfat etdi
-
Əməkdar artistin arxiv fotosu yayıldı
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
FHN çimərliklərlə bağlı xəbərdarlıq edti
-
Moskva və Pekin İranı məğlub etməyin qiymətini həddən artıq artırır
-
Hörmüzü ABŞ ərazisi elan edəcək
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
-
Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)
-
Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var
-
Tbilisi su altında qaldı
-
Müsəlman ölkəsində 7,7 bal gücündə zəlzələ oldu
-
"Qalatasaray" 10 nəfər qalan debütantla doğma meydanda bacarmadı
-
Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı
-
Nyu-Yorkda damların temperaturunu 25 dərəcəyə yaxın azaldan sadə üsul
-
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
-
Azərbaycanlı tanınmış bloqerlərin həyat yoldaşları ilə fotoları diqqət çəkdi - (Fotolar)





