Bakıda Formula 1 tamaşaçılarını gözləyən sürprizlərin bəzi detalları açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Qran prisi artıq bir brendə çevrilib və Formula 1-in tarixinə imza ata bilib".
"Bakıda 2019-cu il aprelin sonunda baş tutacaq Formula 1 üzrə Azərbaycan Qran prisinə biletlərə endirim kampaniyası davam edir. Biletlər həm xarici, həm də Azərbaycan vətəndaşları üçün 20 faiz endirimlə satılır".
Bu barədə Milli.Az-a açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, bununla yanaşı Azərbaycan vətəndaşları üçün əlavə 25 faizlik endirim də var: "Azərbaycandan bizim sayta girəndə bir qiymət görünür, xaricdən girəndə bir başqa qiymət. Həmişə olduğu kimi çalışırıq ki, Azərbaycan vətəndaşları və Azərbaycan ərazisində yaşayan əcnəbilər yarışları izləmək üçün imkanlardan maksimum faydalana bilsinlər. Bu baxımdan biletlərin məhz indi alınması üçün gözəl fürsətdir. Hətta məhz onlara görə bu il biletlərin onlayn satışına gec başladıq. Çünki onlayn satış zamanı adətən xaricilər tez girib ən yaxşı tribunalarda ən yaxşı yerləri alırlar".


Formula 1 üzrə mövsümün son yarışı nəfəs kəsdi - Pilotlardan biri az qala öləcəkdi - FOTO
Tribinaların sayı, eləcə də biletlərin kateqoriyaları da dəyişməyib. Yəni əvvəllər olduğu kimi yenə də 1 və 4 günlük, eləcə də ayaqüstü və tribunalara, həmçinin, korporativ müştərilər üçün ayrıca nəzərdə tutulmuş məkanlara biletlər var.
Yaxın günlərdə Hökumət Evinin qarşısında Pit binasının tikintisinə başlanılacaq. Daha sonra, yəni gələn il isə yolların kənarında təhlükəsizlik baryerlərinin qoyulması, tribunaların inşası həyata keçiriləcək. Yolların müəyyən hissələrdə bağlanması isə həmişə olduğu kimi, yalnız Qran pri həftəsi ərzində olacaq".

Nigar xanım Formula 1 yarışlarına bilet əldə etmiş şəxslər üçün əyləncə proqramları ilə bağlı gözlənilən sürprizlərin bəzi detallarını da açıqlayıb: "Əyləncə proqramları Azərbaycan Qran prisinin ayrılmaz hissəsidir. Bizdə avtoidman kifayət qədər inkişaf etmədiyi üçün Qran Priyə Formula 1 həvəskarları ilə yanaşı əyləncə axtarışında olanları da cəlb edirik. Çünki bəzən konsertə gələn insanlar yarışı izlədikdən sonra onların Formula 1-ə də həvəsi artır. Elə bu səbəbdəndir ki, 2018-ci il Qran prisi vaxtı havanın küləkli olmasına baxmayaraq tribunalar dolu idi. Ona görə də bu il də çalışacağıq ki, əyləncə proqramımız çox zəngin olsun. Bu məqsədlə bulvar ərazisini yeniləyəcəyik. Orda yeni müəyyən oyun zonaları, ayaqüstü tamaşalar və s. əlavə edəcəyik. Həmçinin, həmişəki kimi konsert proqramları təşkil ediləcək. Bu dəfə də 3 dünya ulduzunun konserti gözlənilir. Lakin həmin şəxslərin adları bəlli deyil. Çünki hələ ki, danışıqlar aparılır. Ümumilikdə çalışırıq ki, insanların gözləntilərini doğruldaq. Baxmayaraq ki, əyləncə proqramı bəlli deyil, həm onlayn olaraq internet üzərindən, həm də ticarət mərkəzlərindəki satış məntəqələrində artıq kifayət qədər bilet satılıb".

Azərbaycandakı Formula 1 könüllüləri digər ölkələrdəkindən fərqlənir

Qeyd edək ki, BŞH azarkeşlərə 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək. Ona görə də BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.
Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

Bakıdakı Formula 1 yarışlarına biletlərə endirim - BŞH rəhbərindan çağırış
Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.
İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir.
Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.
2019 Formula 1 Azərbaycan Qran prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı BŞH-nin rəsmi www.bakucitycircuit.com saytından əldə edə bilərlər.
Xatırladaq ki, 2019-cu il Formula 1 üzrə Dünya çempionatının Azərbaycan Qran prisi mərhələsi 26-28 aprel tarixlərində Bakıda keçiriləcək.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Serialdan sonra sevgili oldular
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
XƏBƏR LENTİ
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi





