Azərbaycandakı Formula 1 könüllüləri digər ölkələrdəkindən fərqlənir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Şəhər Halqası komandası könüllülərlə daim işləyir. Biz könüllülərin cəlb edilməsi və onların inkişaf proqramları üzərində ciddi çalışırıq. Hər il Azərbaycanda keçirilən Formula 1 yarışlarına minlərlə könüllü cəlb edirik və bu maraq ilbəil artır. Bu isə çox sevindirici haldır".

Bu barədə Milli.Az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.

Şöbə rəhbərinin sözlərinə görə, bu il könüllülərin qeydiyyatına başlandığı gün rekord sayda şəxs müraciət edib: "Bu il könüllülərin qeydiyyatına başlandığı elə ilk gündə təxminən 6500 nəfər qeydiyyatdan keçdi və könüllü olmaq arzusunu bildirdi. Bu, çox böyük göstəricidir. Baxmayaraq ki, bununla bağlı o qədər də geniş piar kampaniyası aparılmamışdı. Sadəcə gənclərin özləri öz aralarında bu barədə bir-birilərini geniş məlumatlandırmışdılar. Onların mütləq əksəriyyəti tələbələrdir. Ümumilikdə gələn ilə qədər könüllü olmaq istəyən 12 min nəfərin müsahibələrdən keçirilməsi planlaşdırılır. Onlardan təxminən yalnız 3 min nəfərin gələnilki yarışlarda iştirakı nəzərdə tutulur".

İ.Əhmədova qeyd edib ki, BŞH könüllülərin inkişafına ciddi diqqət yetirir və onlar üçün müxtəlif təlim və seminarlar təşkil olunur: "Könüllülər üçün çoxlu sayda müxtəlif təlimlər, seminarlar təşkil olunur. Bizim komandamız gənclər üçün hansı mövzuların daha maraqlı ola biləcəyi ilə bağlı təhlillər aparır. Daha sonra da həmin mövzulara əsasən təlim proqramları hazırlanır. Bu proqramlar bir neçə moduldan ibarət olur. Hər modul 2 ay davam edir. Proqramları və mövzuları bizim komandamız hazırlayır, daha sonra təlimçilər konteksti genişləndirirlər. Təlimçilər isə həm yerli, həm də xarici mütəxəssislər olur. Bu təlimlərdə könüllülərin davamiyyəti demək olar ki, 90 faizdən çox olur. Bu da könüllülərin yüksək marağının daha bir göstəricisidir".

Onun fikrincə, Azərbaycandakı Formula 1 könüllüləri və onlara yanaşma digər ölkələrdəkindən çox fərqlənir: "Digər ölkələrdəki bəzi Qran Prilərdə də könüllülərin dəstəyi olur. Lakin bizim qədər könüllülərlə işləyəni yoxdur. Həm könüllülərin biliklərinin və keyfiyyətinin artırılması, həm onlara keçirilən təlimlər baxımından BŞH-nin insan resursları komandası çox böyük işlər görür. Bəzi Qran Prilərdə ümumiyyətlə könüllülərdən istifadə edilmir. Onlar gəncləri, xüsusən də eyni adamları ödənişli əsaslarla müvəqqəti işçi kimi qəbul edirlər. Biz isə könüllüləri həm yetişdiririk, həm də sonra onlardan bir qismini daimi əsaslarla işlə təmin edirik. Bizdə könüllülərin inkişaf proqramı təkcə elə işlə bağlı deyil. Yəni Formula 1 könüllüləri təkcə bizə fayda vermir. Bu ilk növbədə onların özünə fayda gətirir. Çünki bizdə əldə etdiyi bilik və təcrübə onlara gələcək karyeralarının qurulmasından çox kömək olur".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
XƏBƏR LENTİ
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?





