Formula 1 üzrə mövsümün son yarışı nəfəs kəsdi - Pilotlardan biri az qala öləcəkdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Formula 1 üzə Dünya çempionatının son mərhələsi olan Abu Dabi Qran Prisi də sona yetdi.
Milli.Az xəbər verir ki, yarışa bir gün öncə təsnifatda poulu qazanmış "Mercedes" pilotu Luis Həmilton başladı. Startda cəmi 3 dəqiqə sonra "Reno"nun pilotu Niko Hülkenberq qəzaya uğradı. "Haas" komandasından Roman Qrojanın arxadan müdaxiləsindən sonra Hülkenberqin idarə etdiyi pilot yoldan çıxaraq kənardakı maneənin üstünə aşdı və bir neçə dəqiqə maşında başı aşağı qalmış pilotu çıxarmaq mümkün olmadı. Lakin marşalların müdaxiləsindən sonra yanan bolid söndürüldü və Hülkenberq maşından çıxarıldı. Qəzanın təhlükəliliyinə baxmayaraq, Niko zədəsiz qurtula bildi.
Yarışın bərpasından sonra pilotların bir-birini ötmək üçün hücumu başladı. Bir az sonra "Ferrari" dən Kimi Raykkonenin maşını trasın ortasında dayandı. Və o da yarışı erkən tərk etmli oldu. Məlum oldu ki, boliddə elektrik sistemi ilə bağlı problem yaranıb.
Daha sonra "Toro Rosso" pilotu Brendon Hartli qəflətən trasdan kənara çıxıb maneəyə çırpıldı, lakin yarışı davam etdirə bildi.
Orta sıralarda gedən pilotların ara-sıra bir-birini ötməsi, təkər-təkərə mübarizə davam edir. Yarışa isə "Mercedes"dən Valtteri Bottas liderlik edir.
Həmilton radio danışıqda maşında havanın isti olmasından şikayət edərkən qəfildən Abu Dabidə yağış yağmağa başladı. Lakin yağış güclü olmadığından bu, yarışın gedişinə təsir etmədi.
Az sonra "Alfa Romeo"nun isveçli pilotu Markus Erikson trasdan kənara çıxmalı oldu. Məlum oldu ki, mühərrikdə problem yaranıb. Bu, artıq yarışı erkən tərk edən 3-cü pilot idi.
Yarışın lideri Bottasın ani səhvindən istifadə edən "Ferrari"nin təcrübəli pilotu Sebastyan Fettel ona hücum edir və ötür. Daha sonra "Red Bull"dan Makc Ferstappen də Bottası geridə qoyur.
Lakin Həmilton da getdikcə sürəti artırır.
"Force İndia"dan olan Esteban Okonun maşını tüstülənməyə başladı və o, boksa qayıtdı.
"Toro Rosso"dan Pyer Qaslinin də maşını tüstüləndü və o da yarışı erkən dayandırmaq məcburyyətində qaldı.
Və bu da son... Luis Həmilton yenə finişə birinci çatır. Bu, onun mövsümdə 11-ci, karyerasında isə 73-cü qələbəsi oldu.
İkinci yerdə Fettel, üçüncü yerdə Ferstappen gəldi.
İlk üçlükdən başqa "Red Bull"dan Daniel Rikkiardo, "Mercedes"dən Valtteri Bottas, "Reno"dan Karlos Sayns, "Alfa Romeo"dan Şarl Lekler, "Force İndia" Serjio Peres, "Haas" Roman Qrojan və Kevin Maqnussen də xal qazandılar.
Beləliklə, ümumən mövsüm ərzində hamıdan çox qələbə və xal qazanan Luis Həmilton Formula 1 üzrə növbəti çempionluğunu rəsmiləşdirdi. Fettel 2-ci, Abu Dabi Qran Prinsini yarıda dayandırmasına baxmayaraq, Kimi Raykkonen isə 3-cü oldu.
Builki Abi Dabi Qran Prisi həm də Formula 1 əfsanəsinə çevrilmiş Fernando Alonsonun karyerasını bitirməsi ilə də yadda qaldı.
Xatırladaq ki, ötən il Abu Dabi Qran Prisinin qalibi Valtteri Bottas olmuşdu. Onunla birgə podiuma Luis Həmilton və Sebastyan Fettel çıxmışdılar.
Qeyd edək ki, builki Abu Dabi Qran Prisi üçün həm də onun yubiley 10-ci dəfə keçirilməsil ilə əlamətdar idi. Hazıda yarışan pilotlardan da Yas-Marina trasında 3 dəfə Sebstyan Fettel (2009, 2010, 2013), Luis Həmilton (2011, 2014, 2016) və Kimi Raykkonen (2012) qalib olublar.
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
"Qalatasaray" 10 nəfər qalan debütantla doğma meydanda bacarmadı
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
XƏBƏR LENTİ
-
Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)
-
Şəhidin qardaşı vəfat etdi
-
Bakıda TIR aşdı - (Foto)
-
Almaxanımın həyat yoldaşı ilə səmimi anları - (Video)
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto)
-
Xaçmazda iki ata övladını bıçaqladı
-
Azərbaycanda benzin və dizel bahalaşır?
-
Məktəblər bu tarixdə başlayacaq
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Roza Zərgərli onun ifasını eşidib ağladı - (Video)
-
Evdən 21 yaşlı qızın meyiti tapıldı
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Bakıda mağazanın tavanı uçdu - Qadın yaralandı - (Video)
-
Həsən Osmanov vəfat etdi
-
Əməkdar artistin arxiv fotosu yayıldı
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
FHN çimərliklərlə bağlı xəbərdarlıq edti
-
Moskva və Pekin İranı məğlub etməyin qiymətini həddən artıq artırır
-
Hörmüzü ABŞ ərazisi elan edəcək
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
-
Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)





