Ölkə

Tanınmış modelyer Leyla Əhmədova xəstəxanaya yerləşdirildi

3 Dekabr 2018 17:54
0 Şərh     Baxış: 4 016
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib. 

Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib. 

Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz. 

Buna görə məhkəmə iclas dekabrın 12-dək təxirə salınıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.