Ölkə

Ata oğlunun öldüyünü bilə-bilə "Səni axtarıram"a çıxdı - ŞOK İDDİA - FOTO

30 Oktyabr 2018 17:12
4 Şərh     Baxış: 9 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öncə birinci həyat yoldaşı tərəfindən bıçaqlandığı, sonra ikinci arvadının yanında olduğu deyilən Fuad Həsənov barədə yeni detallar hər kəsi şoka salıb.

Milli.Az xəbər verir ki, studiaya gələn anonim zəng, "Səni axtarıram"da oğlunu axtarışa çıxan Qazax Həsənovun yalanının üstün açıb.

Belə ki, oğlundan bir aydır heç bir xəbəri olmadığını deyən Qazax kişinin yalan danışdığını bildirən telefon arxasındakı adı açıqlanmayan qadın bunları deyib:

"Gülnarı məndən yaxşı tanıyan olmaz. Qazax dayı yaxşı bilir oğlu haradadır. Bu Gülnarın bir quramasıdır ki, o kişi ora çıxıb. 1 il bundan qabaq Gülnarla münasibətimiz yarandı. Mənə dedi ki, "Fuad adlı bir polis işçisi var, pensiyaya çıxıb, ailəsindən də boşanıb. Qızları ailə qurub, nəvəsi var. Göygöldə yaşayırlar. Maşını var, 400-500 gəliri var. Mənə də belə kişi lazımdır". Gülnarın da əri Gülnarı iki uşaqla belə işlərinə görə atdı getdi. Gülnar dedi ki, "Fuad üçün qız dünyaya gətrimək istəyirəm. Mal-mülkü uşağın adına keçirib, Fuaddan boşanıb aliment tələb edəcəm" dedi. Gülnarın vaxtı ilə münasibətdə olduğu oğlan Fuadın dostu idi. O oğlana yazdım ki, Fuad harada? Cavab verdi ki, Fuad 1 ay bundan qabaq qəzaya düşüb, ölüb. Wathsapp-ımda da var".

Qadının açıqlaması hər kəsi çaşbaş qoyub.

Qeyd edək ki, nəvə sahibi olan Fuad Sultan adlı həyat yoldaşından gizlin başqa bir qadınla münasibətdə olub və ailə qurub. Fuadın atası 1 aydır yoxa çıxdığı deyilən oğlunun itməsində birinci gəlini Sultanı təqsirləndirir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.