Ölkə

Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır

23 Oktyabr 2018 11:54
5 Şərh     Baxış: 5 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda son 10 ilin ən isti oktyabrı müşahidə edilir".

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, hazırkı isti hava şəraiti Azərbaycanda sonuncu dəfə 2006-2007-ci illərin oktyabr ayında müşahidə edilib:

"Həmin ildə də oktyabrda havanın temperaturu demək olar ki, builki həddə olub".

Mütəxəssis hazırda mülayim hava şəraitinin müşahidə edilməsinin səbəbini ölkə ərazisində cənub istiqamətli hava kütlələrinin hakim olması ilə izah edib:

"Oktyabr ayının əvvəllərində də belə bir proqnoz verildi ki, bu ay orta temperatur normadan 1-2 dərəcə yüksək olacaq. Belə hava şəraiti təqribən oktyabrın 26-27-dək davam edəcək. Hazırkı mülayim hava şəraiti oktyabr üçün səciyyəvi deyil".

Qeyd edək ki, Azərbaycanda ötən həftənin sonlarından isti hava şəraiti müşahidə edilir.

Sinoptiklərin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21-24, rayonlarda 22-27 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.