Ölkə

Azərbaycanlı idmançı dənizdə boğulub öldü - FOTO

19 İyun 2020 17:48
Baxış: 4 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı idmançı Anar Bağışov dənizdə boğulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, MMA ilə məşğul olan Anar Bağışov dünən Xəzər dənizinin Bilgəh qəsəbəsi hissəsində saat 13:00 radələrində üzərkən ölüb.

Ehtimala əsasən, onda qıcolma faktı olub. Onunla yanaşı üzənlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bağışovun cəsədini təxminən 4-5 saatdan sonra tapa bilib.

Qeyd edək ki, 21 yaşlı Anar Bağışov "Warriors" döyüş komandasında məşq keçib. Badamdar qəsəbəsində yaşayan gənc doğulduğu Masallı rayonunda dəfn olunub. Onun evli olduğu, həyat yoldaşının hamilə olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.