Yeni kimliklərin inanılmaz üstünlükləri - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Düşünürəm ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) da olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə, onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib. O, yeni şəxsiyyət vəsiqələrinin ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına müsbət təsir göstərəcəyini deyib:
"Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi fərman var. Həmin Fərmanla təsdiqlənən əsasnaməyə görə, şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni qaydalar müəyyən olunub".
Ekspertin sözlərinə görə, yeni nəsil vəsiqələrin verilməsi prosesində təxminən 9 dövlət qurumu iştirak edəcək:
"Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir.
Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzləri tərəfindən veriləcək".
Osman Gündüz yeni vəsiqələrlə bağlı dövlət rüsumunun müəyyən olunmadığını deyib:
"Güman ki, elə köhnə rüsum qüvvədə qalacaq. Köhnə rüsum on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5, üç iş günü üçün 25, bir iş günü üçün 35 manatdır.
Bu rüsuma vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil olmayacaq.
Qaydalara görə, vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaşlar istəyə bağlı olaraq öz arzusu ilə vəsiqəni alarkən və ya sonradan NRYTN sertifikasiya mərkəzinə müraciət etməklə aktiv edə biləcəklər. Bunun üçün vətəndaşıın ödəməli olduğu vəsait də hələlik açıqlanmayıb. Qaydalara görə, bu rüsumun 25 faizi NRYTN Sertifikat Xidmətləri Mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa, vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
XƏBƏR LENTİ
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva





