Şah Abbas karvansarası turizm məqsədləri üçün istifadə olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Gəncə şəhərində yerləşən bir sıra tarixi abidələrə baş çəkib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə ilk olaraq Gəncə Qala Qapıları Kompleksi ilə tanışlıq olub. Burada məlumat verilib ki, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir.
Burada Gəncə əhalisinin məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binası kimi istifadə olunur.
Sonra Nizami Gəncəvi məqbərəsi kompleksi və Nizami Gəncəvi Muzeyi ilə tanışlıq olub. Bildirilib ki, Nizami Gəncəvinin türbə kompleksi 2012-ci ildə yenidən qurulub, burada əsaslı təmir-bərpa işləri aparılıb.
Daha sonra Şah Abbas karvansarasında aparılan təmir-bərpa işləri ilə tanışlıq olub.
Tarixi abidənin bərpası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır.
Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, kommunikasiya xətləri çəkilib. Karvansaranın dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.
Şah Abbas karvansarası istifadəyə verildikdən sonra turizm məqsədləri üçün istifadə olunacaq. Karvansarada aparılan bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq.
Z.Sultanov tarixi abidələrdə fəaliyyətin daha da gücləndirilməsi, həyata keçirilən təmir-bərpa işlərinin vaxtında və keyfiyyətli aparılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
XƏBƏR LENTİ
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)





