Ölkə

SOCAR istiqrazlarının qiyməti qalxır

3 İyul 2018 12:44
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SOCAR istiqrazları yenə bahalaşır.

SOCAR istiqrazlarına təkrar bazarda tələbat kəskin artıb. İstiqrazların təkrar bazarı üzrə marketmeykeri  "PSG Kapital" şirkətindən Milli.Az-a verilən məlumata görə, hal-hazırda SOCAR İstiqrazlarını birjada 1010,17 dollara satmaq, 1013,50 dollara almaq olar.

Qiymət artımına əsas səbəb isə əhalinin istiqrazlara olan tələbatının artması göstərilir.

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi,  SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır.

SOCAR İstiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib.

Əlavə olaraq, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatı mexanizmi SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.

İndiyədək qeyd olunan qiymətli kağızlarla 27 milyon dollardan çox kredit götürülüb.

Nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliyi 5 faizdir.

Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun  17-də olacaq.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.