Ölkə

SOCAR istiqrazları ilə REPO əməliyyatları - Söhbət milyonlardan gedir

1 İyun 2018 16:03
Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi artıb.

"SOCAR Capital"dan Milli.Az-a verilən məlumata görə, SOCAR İstiqrazları ilə REPO müqavilələrinin 2018-ci il üzrə sayı 23-ə çatıb. Bu müqavilələr əsasında istiqraz sahibi olan həm hüquqi, həm də fiziki şəxslərə aşağı faizlərlə 12 milyon dollardan çox kredit verilib. Nəticədə, qeyd olunan qiymətli kağız vasitə ilə götürülən kreditin məbləği ümumilikdə 24 milyon dolları keçib.

Xatırladaq ki, SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına 2017-ci ilin noyabr ayında başlanılıb və bu günə qədər 36 müqavilə bağlanılıb. Kreditlər əsasən 2 gündən 83 günə qədər illik 3,50-4,50 faiz arası götürülüb.

REPO əməliyyatı mexanizmi SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit almaq imkanı verir.

Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə REPO məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə "hair cut" (təminat əmsalı) cəmi  faiz təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95 faizi həcmində vəsait cəlb edə bilirlər.

REPO əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü isə pul vəsaitlərinin olduqca aşağı faizlərlə cəlb edilməsidir. Belə ki, illik 5 faiz gəlirliyə malik olan SOCAR istiqrazlarının sahibləri çox aşağı faizlərlə kreditlər götürür, onların faiz gəlirləri isə heç bir halda azalmır.

Ümumiyyətlə, REPO əməliyyatları qiymətli kağızlar bazarında aparılan əsas əməliyyatlardan və kağız sahibləri üçün yaradılan mühüm imkanlardan biri sayılır.

Yusif Nəsirli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.