Yəhudi yazar Azərbaycan mətbəxinə heyran oldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın kulinariya üzrə yəhudi əsilli məşhur mütəxəssisi xanım Faye Levi Azərbaycan mətbəxini və tanınmış aşpaz, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovu o ki var tərifləyib.

Milli.Az xəbər verir ki, Facebook sosial şəbəkəsindəki profilində ötən ilin oktyabrında Bakıda etno-restoranlardan birində Tahir Əmiraslanovla birgə şam etdiyini qeyd edən Faye Levi azərbaycanlı kulinarın onlara yerli mətbəxin sirləri barədə ətraflı məlumat verərək, kitabını da hədiyyə etdiyini deyib. Məsələn, o, öyrənib ki, Azərbaycan mətbəxində dolmanın 350, plovun 200-dən çox növü var.

F.Levi statusunda, həmçinin Lənkəranın badımcan ləvəngisi, lobya fisincan, Şirvan şorbası, Qarabağın balva şorbası, Naxçıvanın soğan dolması, Şamaxının pip dolması, Təbrizin dolma kababı, Astaranın ağ və qara düyüdən hazırlanmış plovu, fisincan plov, ləvəngili cücə plov, limon şərbəti və onların hazırlanması barədə də qısa məlumat verib.

Qeyd edək ki, F.Levi İsrailin "The Jerusalem Post" qəzetinin köşə yazarı, ABŞ-ın məşhur "The Los Angeles Times" qəzetində bir sıra məqalələrin, eləcə də kulinariya üzrə müxtəlif dillərdə nəşr olunmuş kitabın müəllifi, çoxsaylı beynəlxalq mükafatların sahibidir.

Xatırladaq ki, dünyada taınmış kulinarlardan biri hesab edilən, dəfələrlə beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı olmuş Tahir Əmiraslanov Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti və "Kulina" jurnalının baş redaktorudur.
1998-ci ildən T. Əmiraslanov Azərbaycanı dünya yarışlarının münsiflər heyətində təmsil edən T.Əmiraslanov YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir. Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür. Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvü, 2017-ci ildən Dünya İslam Kulinariya Birliyinin vitse-prezidenti, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix elmləri namizədidir. O, yeni İnformatıv qida nəzəriyyəsinin banısi, müxtəlıf qida texnologiyalarının yaradıcısıdır.
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
XƏBƏR LENTİ
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
-
Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)





