12:22
Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.
----------
12:08
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinə baxılır.
İclasda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri kimi təsdiqlənməsi müzakirəyə çıxarılıb.
Milli.Az