Novruz Məmmədov Azərbaycanın baş naziri oldu - YENİLƏNİB

21 Aprel 2018 12:22

12:22

Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.

----------

12:08

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinə baxılır.

İclasda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri kimi təsdiqlənməsi müzakirəyə çıxarılıb.

Milli.Az