Ölkə

Masallıda 40 ədəd yol nişanı oğurlayan şəxs tutuldu

20 Aprel 2018 11:28
1 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı Rayon Polis Şöbəsinə Sərcuvar-Hüseynhacılı avtomobil yolundan yol-tikinti şirkətlərindən birinə məxsus ümumilikdə 40 ədəd yol nişanının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov olduğu müəyyən edilib.

Nişanların bir qismi maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.