Ölkə

Azərbaycanda işsizliyə görə sosial yardım alanların siyahısı genişləndirilir

29 Mart 2018 12:58
Baxış: 1 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda işsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 3-cü (Sosial yardım almaq hüququ olan ailələr) maddəsinə əlavələr müzakirə edilib.

Layihəyə görə, ölkədə eyni zamanda dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər də sosial yardım hüququna malik olacaqlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.