Ölkə

İtkin düşən 11-ci sinif şagirdi tapıldı - YENİLƏNİB - FOTO

28 Mart 2018 15:46
0 Şərh     Baxış: 5 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

15:46

Dünən səhər saatlarında İsmayıllı rayonunda evdən çıxaraq oxuduğu məktəbə gedən və geri qayıtmayan 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Bilal Nağıyev itkin kimi qeydiyyata alınaraq onun axtarışına başlanılıb. Bu barədə mətbuat orqanları və telekanallarda məlumat verildikdən sonra Bilal Nağıyev tapılıb. Onun səhhətində heç bir problemin olmadığı bildirilir. Valideynlərinə təhvil verilən B.Nağıyev yaşadığı evə qayıtsa da, bir sutka ərzində harada olması barədə heç bir məlumat verməyib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

----------
12:43

İsmayıllı rayonunda yeniyetmə oğlan evdən çıxaraq geri qayıtmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən oxuduğu məktəbə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. Valideynləri günorta saatlarında evə gəlmədiyinə görə onun axtarışına başlayıblar. Bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Bilal Nağıyev itkin kimi qeydiyyata alınıb, onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getsə də çantasını, kitablarını, şəxsiyyət vəsiqəsini özü ilə aparmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşludur, sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkcə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.