Ölkə

Şəkidə avtomobil körpüdən çaya düşdü - Xəsarət alanlar var

13 Mart 2018 09:50
0 Şərh     Baxış: 948

Şəkidə avtomobili körpüdən çaya düşüb, üç nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gecə saat 04.00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisində keçən hissəsində sürücüsünün adı dəqiq məlum olmayan "Hyundai" markalı, 90 VA 676 dövlət nömrə nişanlı minik avtomobil qatı duman səbəbindən idarəetmədən çıxıb və körpüdən çaya düşüb. Avtomobildə olan Qax rayonu Baydarlı kənd sakinləri - 1997-ci il təvəllüdlü Elməddin Vəli oğlu Vəliyev, 1997-ci il təvəllüdlü Anar Akif oğlu Yusifov və 1993-cü il təvəllüdlü Xəzər Azər oğlu Əhmədli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Elmədin Vəliyevin və Anar Yusifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Xəzər Əhmədlinin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.