Ölkə

Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldılar - FOTO

10 Mart 2018 11:09
1 Şərh     Baxış: 1 426

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Qurumdan Milli.Az-a verilən məlumata görə, martın 8-9 -da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 3 halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınmışdır.

Martın 8-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.

Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti­qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Buka­vadze Sara Röv­şən qızı sərhəd pozucusu qismində saxla­nılıb.

9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respubli­kası istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı - 1989-cu il təvəllüdlü Yerjaşeva Mav­hudxov Qafurovna sərhəd pozucusu qismində saxlanıl­ıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aydlndl · 10 Mart 11:1210

    Yardimli istiqametinde saxlanmayan 100lerlesi var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.