Ölkə

Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ AÇIQLAMA

20 Noyabr 2017 15:55
12 Şərh     Baxış: 2 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masazır sakini Aytac Tapdıqova ağır vəziyyətdə Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

34 həftəlik hamilə olan qadın Abşeron rayon Mərkəzi Xəstəxanasına gətiriləndə bətnindəki döl ölmüş olub.

Milli.Az aznews.az -a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda qeyd olunub ki, Aytac Tapdıqovanın hamiləliyi əkiz uşaq olmayıb:
 
"Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 34 həftəlik hamilə olub. O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Xəstənin müayinəsi nəticəsində məlum olub ki, ananın bətnindəki döl ölüb. Hazırda koma vəqiyyətində olan Aytac Tapdıqovanın vəziyyəti ağırdır, o, süni ventilyasiya aparatındadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.