Ölkə

Qardaşı Müşfiq Mədətova belə dəstək oldu - FOTO

16 Oktyabr 2017 11:30
0 Şərh     Baxış: 5 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Müşfiq Mədətov "İçərişəhər" stansiyasının yaxınlığında bıçaqlanıb. O, bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Müşfiq Mədətovun qardaşı, tanınmış prodüser Anar Mədətov hadisədən sonra sosial şəbəkədə birgə fotolarını paylaşıb. O, fotoya "Yaşayan Mədətovlar" şərhini yazıb.

Sözügedən sayt hadisə ilə bağlı prodüserlə əlaqə saxlamağa çalışıb. Lakin onun hər iki telefon nömrəsinə zəng çatmayıb.

Qeyd edək ki, Müşfiq Mədətov hazırda Səbail Rayon Polis İdarəsində saxlanılır. Bildirilir ki, M.Mədətovun saxlanılmasına səbəb onun hadisəylə bağlı dindirilməsidir. 

Xatırladaq ki, ailənin daha bir tanınmış üzvü Mahir Mədətov Azərbaycan millisinin və "Qarabağ"ın şərəfini qoruyur. Məlum hadisəylə bağlı onun da mövqeyini öyrənmək istəsək də, futbolçu bu barədə danışmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.