Tısbağadan kamança düzəldən ustadan daha bir ixtira - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkədə paylaşılan bir musiqi aləti diqqətimi cəlb etdi və həmin aləti hazırlayan ustanın kim olduğu ilə maraqlandım.
Məlum oldu ki, o, Musiqi Akademiyasında qədim musiqi alətlərimizin bərpası və təkminləşdirilməsi laboratoriyasında çalışır. Usta ilə əlaqə saxlayıb, çəkiliş etmək istədiyimizi bildirdim. Onun da razılığını aldıqdan sonra fotoqrafımızla birgə yollandıq həmin məkana...
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, dəzgahların səsi otağının qapısına çatmamışdan eşidilirdi. Musa usta (Musa Yaqubov) yenə öz ixtiraları ilə məşğul idi. Dəzgahı dayandırıb, bizi çox mehribanlıqla qarşıladı. Ustanın əl işlərinin incəliyi onun çalışdığı yerdən bəlli olar deyirlər. Elə emalatxanası da təmiz, səliqəli idi, hər şey, bütün alətlər ardıcıllıqla düzülmüşdü.
Onun daim axtarışda olması, yenilikçiliyi elə hazırladığı alətlərdən bəlli idi. Bu ixtiralarından birini də Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr etmişdi. Usta milli musiqi alətlərimiz olan tar və kamançanı fərqli dizaynda yenidən hazırlayıb. Belə ki, qədim görünüşündən fərqli olan bu musiqi alətləri üçrəngli bayrağımızda olan ay və səkkizguşəli ulduzu özündə əks etdirir. O, səs və diapazonunda heç bir fərq olmadığını, yeni alətin sadəcə görünüşü ilə klassik tar və kamançadan fərqləndiyini deyir. Normal bir tarın hazırlanması üçün 1-2 ay vaxt lazım olduğunu bildirən usta ay-ulduz alətinin hazırlanmasına isə 5-6 ay vaxt sərf etdiyini söylədi. O, bunu əvvəlcə kamança üzərində test etdiyini, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevlə görüşündən sonra isə həvəslənərək, ay ulduzun tarını da hazırladığını bildirdi.
Düzü ora getməzdən öncə ustanın tısbağa qınından kamança hazırladığını da öyrənmişdim. Bir müddət öncə bununla bağlı mətbuatda da yazılar getmişdi. O, həmin aləti də bizə göstərdi və tısbağa çanağı qalın olduğu üçün onu kəsib formaya salarkən böyük əziyyət çəkdiyini dedi. Usta rayonlara səfərlərinin birində ölmüş bir tısbağa gördükdən sonra kamança hazırlamaq qərarına gəldiyini deyir. Maraqlı tarixçəsi olan alətə gələcəkdə təlabatın ola bilməsi məni maraqlandırır, bir tərəfdən də qorxuya salır. Çünki kamança üçün tısbağa ovu heç də məntiqli görünmür. Ona görə elə bu sualı ustaya verdim.
- Usta, bəs buna təlabat artarsa, yəni kamança ifaçıları tısbağa çanağından onlar üçün alət hazırlamağınızı istəsələr,, necə olacaq? Tısbağa ovuna başlayacaqsız?
- (Gülür) Təbii ki, yox. Eşitdiyimə görə, Çində tısbağa ətini yeyirlər. Nə edək, çox istəsələr gərək Çinə gedim.
Usta ilə şirin söhbətimiz əsnasında laboratoriyanın müdiri Maya Qafarova da gəlir. Danışmaqla o qədər də arası olmayan Musa ustada sanki bir rahatlıq, sərbəstlik yaranır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqi Akademiyasının professoru Maya Qafarova laboratoriyanın da bu yaxınlarda 25 illiyini qeyd etdiklərini və bu illər ərzində qədim musiqi alətləri üzərində çoxlu araşdırmalar aparıldığını, köhnə alətlərin yenilənməsi ilə yanaşı, 11 yeni tipli musiqi aləti yaratdıqlarını bildirdi. Musa ustanın əl işlərindən danışan laboratoriya müdiri də onun yenilikçi bir insan olduğunu söylədi.
Məlum oldu ki, Musa Yaqubov yeni hazırladığı alətlərin artıq bir neçəsini patentləşdirib. Öncə qoşaqol kamançasını qeydiyyatdan keçirdiyini deyən usta yeni alətlərin də patentləşdirilməsi üçün hazırlıq proseslərinin getdiyini dedi.
Qoşaqol kamança, çanaq kamança, yaylı ud, yaylı rübab, ərğanun, müasir çəng kimi alətlər görsəniz, bilin ki, həmin alətlərin hamısı Musa ustanın əlindən keçib. Əllərin ağrımasın, usta!
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





