Ölkə

Bakıətrafı kəndlərin avtobus problemi həll olunur

19 Sentyabr 2017 17:25
0 Şərh     Baxış: 2 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıətrafı kəndlərə xidmət edən avtobusların vəziyyəti nəzərə alınaraq 300 ədəd yeni avtobusun gətirilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Agentlikdən verilən məlumata görə, Bakıətrafı kənd və qəsəbələrə xidmət edən avtobusların müəyyən qismlərində avtobusların vəziyyəti ilə bağlı texniki problemlər mövcuddur: "Bunlara misal olaraq 150, 101, 187, 173, 198, 148, 24, 15 nömrəli marşrut xəttlərini misal göstərə bilərik. Həmçinin, bu avtobusların istismara yararsızlığı barədə də məlumatlıyıq. Qeyd olunan avtobuslar əsasən keçmişdən qalan avtobuslardır. Bildiyiniz kimi, "Bakubus" MMC istisna olmaqla avtobuslar dövlətə yox, müxtəlif sahibkarlara, hüquqi və fiziki şəxslərə məxsus olduğundan yenilnmə prosesini də məxsus olduqları daşıycılar həyata keçirməlidir. Belə ki, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən etibarən daşıyıcılar qarşısında istismara yararsız avtobusların yenilənməsi iə bağlı tələb qoyulub. Hansı daşıyıcı bu tələblərə əməl etmirsə, mərhələli şəkildə daşıyıcılarla olan müqavilələrə xitam verilir. Qeyd edək ki, ən son olaraq 175 nömrəli xəttin müvəqqəti istismarçısı tələblərə əməl etmədiyi üçün, yəni tabeliyindəki istismara yarasız avtobusları yeniləmədiyi üçün xəttin istismarı digər daşıyıcıya həvalı olunub və xətt üzrə avtobuslar əsaslı təmir olunmuş avtobuslarla əvəz olunub".
 

Yusif Nəsirli
Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.