Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 (otuz beş) gün müddətində "Texniki fasilə"nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə etmək olar.
Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində