Ölkə

Bakı-2017: Güləşçimiz final şansını itirdi - YENİLƏNİB

18 May 2017 12:17
0 Şərh     Baxış: 569

12:17

Azərbaycanın ağır çəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Abdullayev Mumincon olub. Güləşçimiz rəqibinə 8:0 hesabı ilə məğlub olaraq final şansını itirib. Növbəti görüşdə güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

-----------

11:15

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda ilk görüşünü keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb.

S.Şəriəti rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.