Mərhum polkovnikin həyat yoldaşından ürəkdağlayan məktub: "Oğlum ölüm ayağındadır" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum polkovnikin oğlu 8 yaşlı Nahid ağır xəstəliklə mübarizə aparır.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə azyaşlının anası Nərgiz Əliyeva məlumat verib. O, Nahidin atası, DİN-in polkovnik-leytenantı olmuş Elmir Əliyevin nadir ADEM xəstəliyindən vəfatından sonra ailənin növbəti çətin sınaqla üzləşdiyini bildirib. Belə ki, E.Əliyevin vəfatının ardından ailənin böyük övladı, 8 yaşlı Nahid Əliyevin beynində şiş aşkar edilib:
"Mən bu az yaşımda sevdiyim insanı aylarla çəkən ağır xəstəlikdən sonra itirdim. Onun xəstəliyi dövründə oğlumun da başında yenidən şişin yarandığını hər il apardığımız kimi müayinə zamanı öyrəndim. Bilirsiz necə ağır bir vəziyyətdir? Bir tərəfdə yoldaşın, bir tərəfdə övladın... 6 il əvvəl övladımızın xəstəliyində dostların qohumların köməkliyi ilə bu problemin öhdəsindən gəldik. Yoldaşımla çiyin-çiyinə mübarizə apardıq. Övladımız üçün iki gün yad bir ölkədə xəstəxananın dəhlizində yatdıq. Əməliyyatdan sonra yaranan hərəkətsizliyi aradan götürmək üçün illərlə əlimizdən gələni etdik. Mənim yanımda olub dəstəkləyən qohumlarımız, dostlarımız olsa da, Elmirsiz çox çətindir, bu məsuliyyəti tək daşımaq doğurdan da çox çətindir. Atası vətəninə dövlətinə çox bağlı bir insan və hərbçi idi. "Dövlətimin QALİB ƏSGƏRİ olmaq mənim üçün ən böyük və şərəfli vəzifədir" deyərdi Elmir. Sizlərdən xahişim köməyinizi övladımdan əsirgəməyin, bunu ölkəmin qalib əsgərinin həyat yoldaşı və anası kimi istəyirəm. Elmir edə bilmədiklərini övladının həyata keçirməsini istəyərdi. Nahid deyir ki, "mən böyüyəndə həkim olacam. Atamı xilas edə bilmədim. Amma başqa ataları xilas edəcəm. Qoy, Nahid balam yaşasın ki atasını yaşatsın..."
Ananın sözlərinə görə, Azərbaycanda riskli olduğuna görə heç kim bu əməliyyatı üzərinə götürmür. Əməliyyat təcili olaraq Türkiyədə olmalıdır:
"Nahid 2011-ci ilin mart ayında Türkiyədə 2 yaşında başında su yığıldığına görə 2 gün ardıcıl olaraq 2 dəfə əməliyyat keçirib. Əməliyyatdan sonra geriləyən fiziki imkanlar illər ötdükcə irəlilədi və 90% düzəldi. Ancaq indi beynin başqa bir yerində şiş əmələ gəlib. 8 yaşındakı Nahidi həkim yenidən əməliyyata dəvət edir. Lakin bu səfər xəstəxana 50000 dollar istəyir. Əgər əməliyyat edilməsə bir neçə aydan sonra fiziki imkanlarını, xüsusilə gözlərini itirə bilər. Sonra isə şiş böyüdükcə beyindəki damarları və sinirləri zədələyərək daha böyük və pis nəticələrə gətirib çıxara bilər"
N.Əliyeva hər kəsdən "1 manat, 1 həyat" kampaniyasına qoşulmağa çağırıb:
"Hazırda 1 aydır ki, "Facebook"da başlatdığımız aksiyada məbləğin 10%-i yığılıb. Elmirin xəstəliyi ilə əlaqədar bütün hər şeyimizi satdıq. Əlimizdə heç bir satılacaq nəsə yoxdur. Mən bütün xalqımdan şərəfli zabit oğlunu ölümlə baş-başa buraxmamağa çağırıram. Nahidi xilas etmək istəyənlərin bizə kömək etməsini rica edirəm".
Bank vasitəsilə ödənişləri Nahid Əliyevin dayısı Qoşqar Kəngərlinin şəxsi hesabına köçürmək mümkündür:
Bank of Baku
Hesab nömrəsi: 3801000GB605774A58
İBAN: AZ08JBBK003801000GB605774A58
MilliÖn vasitəsilə ödəmək üçün:
Müştəri kodu: 672690
Doğum tarixi: 12.02.1983
---------------------
Hesab nömrəsi: 3801000GB605774A58
Şəxsiyyət Vəsiqəsi: AZE13285962
Əlaqə üçün:
055 682 68 61 Orxan (dayısı)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)





