Ölkə

"Mediada söyüş kampaniyaları aparılır" - Bahar Muradova

17 Fevral 2017 14:17
Baxış: 1 020

"Kütləvi informasiya vasitələri haqqında" qanunda indiyə qədər mövcud olmayan məqamlar müzakirə olunaraq plenar iclasların birinə çıxarıla bilər".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib. Bahar Muradova qeyd edib ki, müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq: "Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətinin tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır".

Vitse-spiker bildirib ki, parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar: "Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaq üçün treninqlər keçməsinə hazırıq. Hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün də qanunvericiliyə dəyişikliyin edilməsi mümkün ola bilər. Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələ ən ağır mexanizm olaraq cəmiyyətin qınağıdır".

B.Muradovanın sözlərinə görə, ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır: "Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi peşə eqoizmi ilə bağlıdırsa, digəri isə məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.