"MTN elə zülmət yerdi ki, oranı xatırlamaq belə mümkün deyil"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı ittiham üzrə şahidlərin dindirilməsinə başlanıb. İlk olaraq şahid qismində Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov ifadə verib. O, H.Səfərovu 2008-ci ildə MTN-nin istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini deyib. Bildirib ki, həmin rəyi verən zaman ona hər hansı təzyiq və tapşırıq olmayıb. O, həmçinin ifadəsində qeyd edib ki, rəyin verilməsindən uzun müddət keçdiyi üçün Hüseyn Səfərovu xatırlamır.
Zərərçəkmiş Hüseyn Səfərov isə bildirib ki, o, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində olan bəzi hadisələri xatırlamır: "Keçmiş MTN elə zülmət yerdi ki, oranı xatırlamaq belə mümkün deyil. Mənim müayinədən keçməyim üçün MTN müraciət edib, həkimdən keçməyimlə bağlı mənim ərizə və ya müraciətim olmayıb. Həmin vaxt həkimlər məni Vüsal Ələkbərovun xidməti otağında müayinə ediblər".
Daha sonra şahid qismində ifadə verən Vurğun Muradov bildirib ki, Bakı şəhəri Endokrinaloji dispanserində həkim işləyib. Onun sözlərinə görə, Hüseyn Səfərovu 8-9 il əvvəl müayinə edib: "Həmin vaxt onun şəkəri yüksək olub, boyun nahiyəsində, damarında çapıq aşkar edilmişdi. Buna görə də Hüseyn Səfərovun daim müayinə olunmasına ehtiyac olması barədə rəy vermişdik".
Digər məhkəmə eksperti Rafiq Nuriyev bildirib ki, Hüseyn Səfərovun xəstə olması, onun həbsdə saxlanılmasının mümkün olmaması barədə rəy verib. Onun sözlərinə görə, həmin rəyin verilməsi üçün MTN-dən sənədlər daxil olub, 3 gün ərzində baxılaraq rəy verilib. "Hüseyn Səfərov MTN-də şoka düşə bilərdi" Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirib: "Məhkəmə tibbi ekspertizasının rəyində göstərildi ki, Hüseyn Səfərovun şəkərinin dərəcəsi yüksəkdir, hətta 500-dən çox idi. Belə vəziyyətdə o, MTN-nin təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik".
H.Səfərov bildirib ki, həbs olunan zaman onun vəziyyəti daha ağır idi: "Həbs olunandan ilk günlər şəkərim yüksək idi. Daha sonra şəkərim aşağı olmalı idi. Çünki MTN-də mənə yağlı yemək verilmirdi, şəkərim də normasında olmalı idi. Vüsal Ələkbərov deyirdi ki, bizdə elə aparat var, şəkəri yüksək göstərir. Buna görə də mənim şəkərim yüksək göstərilib".
Daha sonra şahid qismində ifadə verən Nizaməddin Məmmədov bildirib ki, zərərçəkmiş H.Səfərovla quda olub. Onun sözlərinə görə, 2008-ci ildə H.Səfərovun həbsdən azad edilməsi üçün pul yığılıb: "Mən də 150 min manat vermişəm".
Şahid qismində ifadə verən İlham Məmmədovun sözlərinə görə, 2008-ci ildə dostu H.Səfərovun həyat yoldaşı Natiqə xanım onlara gəlib və ərinin həbsdən azad edilməsi üçün külli miqdarda pul tələb edildiyini bildirib: "100 min dollar taparaq Natiqə xanıma verdim. Hüseyn həbsdən çıxıb, sonra bankdan kredit də götürüb. O, həbsdən azad edilməsi üçün külli miqdarda borca düşüb".
Vüsal Ələkbərov qeyd edib ki, şahid İlham Məmmədovun banka qoyduğu pulunu geri qaytarması ilə bağlı istintaqını apardığı "Texnikabank"ın Bakı filialının vəzifəli şəxslərinin barəsində olan 613 saylı cinayət işində öz əksini tapıb.
Daha sonra prosesdə şahid qismində "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov ifadə verib.
İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.
Qeyd edək ki, həbsdə olan V.Ələkbərova məxsus və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
XƏBƏR LENTİ
-
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
-
Xameneinin müavini yol qəzasında həlak olub
-
Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib





