Ölkə

İpək üzərində yazılan Qurani-Kərim - VİDEO - FOTO

26 Noyabr 2016 10:56
5 Şərh     Baxış: 4 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyanın ilk ipək Qurani-Kərimini azərbaycanlı modelyer rəssam Tünzalə Məmmədzadə yaradıb.

Milli.Az xəbər verir ki, T.Məmmədzadə report-a açıqlamasında bildirib ki, Qurani-Kərimi ipək üzərində yazmamışdan əvvəl də ipək üzərində rəsm əsərləri işləyib: "İpək üzərində müxtəlif mövzulu əsərlərlə bərabər, dini mövzulu əsərlər də işləmişəm. Quranı ipək üzərində yazmaq qərarı təsadüfi oldu, əvvəlcə çox tərəddüd etsəm də anamın dəstəyi ilə 3 il ərzində bu arzumu reallaşdırdım. Müəllif hüquqlarım qorunur".
Rəssamın sözlərinə görə, ərəb dilini bilmir: "Ərəb hərflərini bilirəm, dini təhsilim də yoxdur. Mən bunu sırf sənət baxımından işləmişəm. Qurani-Kərimin islam ölkələrində, xüsusilə türkdilli ölkələrdə təqdimatının keçirilməsini istəyərəm".

T.Məmmədzadə qeyd edib ki, Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb: "Qərb Universitetində modelyer rəsssamlıq üzrə magistratura, yenidən Rəssamlıq Akademiyasında modelyer rəssamlıq üsrə doktorantura təhsili almışam. Hazırda Marmara Universitetində sənət tarixi üzrə doktoranturada oxuyuram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İpək üzərində yazılan

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.