Dünyanın ilk ipək Qurani-Kərimini azərbaycanlı modelyer rəssam Tünzalə Məmmədzadə yaradıb.
Milli.Az xəbər verir ki, T.Məmmədzadə report-a açıqlamasında bildirib ki, Qurani-Kərimi ipək üzərində yazmamışdan əvvəl də ipək üzərində rəsm əsərləri işləyib: "İpək üzərində müxtəlif mövzulu əsərlərlə bərabər, dini mövzulu əsərlər də işləmişəm. Quranı ipək üzərində yazmaq qərarı təsadüfi oldu, əvvəlcə çox tərəddüd etsəm də anamın dəstəyi ilə 3 il ərzində bu arzumu reallaşdırdım. Müəllif hüquqlarım qorunur".
Rəssamın sözlərinə görə, ərəb dilini bilmir: "Ərəb hərflərini bilirəm, dini təhsilim də yoxdur. Mən bunu sırf sənət baxımından işləmişəm. Qurani-Kərimin islam ölkələrində, xüsusilə türkdilli ölkələrdə təqdimatının keçirilməsini istəyərəm".
T.Məmmədzadə qeyd edib ki, Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb: "Qərb Universitetində modelyer rəsssamlıq üzrə magistratura, yenidən Rəssamlıq Akademiyasında modelyer rəssamlıq üsrə doktorantura təhsili almışam. Hazırda Marmara Universitetində sənət tarixi üzrə doktoranturada oxuyuram".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: