Kənan M.M şairi söydü: "Həyasız sənin..." - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:00
Şair Salam Sarvanın Kənan M.M-in onun şeirini oğurlaması ilə bağlı Feysbukda yazdığı statusa gələn şərhlər rejissoru özündən çıxarıb.
Axar.az xəbər verir ki, müxtəlif qələm adamları və oxucuların Kənan M.M-in plagiat etdiyini deməsindən sonra rejissor hədə və təhqirə əl atıb. Şərh bölümündə şair Sərdar Amin "Kənanın ağlına gələn tapıntı deyil bu, şair. Oxuyub. Həyasızcasına da götürüb özününküləşdirmək istəyib", - yazıb.
Bundan sonra Kənan M.M Sərdar Amini ağır şəkildə təhqir edib və onu hədələyib.
Rejissor şərh bölümündə plagiata etiraz edən digər oxucu və qələm adamlarını da təhqir edib.
Qeyd: Yazışmalarda vulqar ifadələr olduğuna görə bu sözləri mətndə verməyi uyğun bilmədik. Lakin məsələdən tam xəbərdar olmaq istəyənlər aşağıda təqdim etdiyimiz fotodan dialoqun hansı səpkidə getdiyini oxuya bilər.


---------
14:26
"Məndən yaşda böyük olduğuna görə ondan üzr istəyirəm. Amma Allahım, bir də vicdanım bilir ki, oğurluq etməmişəm. Məni yaxşı tanıyanlar da bilirlər ki, bir bənd şeiri oğurlayıb yazmağa ehtiyacım yoxdur".
Bu sözləri teleqraf.com-a açıqlamasında rejissor Kənan M.M deyib. O, şair Salam Sarvanın ona məxsus şeirdən bəzi misraların mənimsənilməsiylə bağlı ittihamlarına cavab verib: "Bilirsiniz, dünyanın o başında biri bir film çəkir, buradakı rejissor onun filmindən xəbəri olmadan birini çəkir, amma filmlər bənzəyir. Deməli, zövqlər eyni ola bilir. Bir insan bir paltarı geyinirsə, başqası da ondan geyinə bilər. Oxşadığı üçün plagiat olduğu düşüncəsi yarana bilər.
İdeyalar, fikirlər bir-birinə oxşaya bilər. Tutaq ki, o şeir bənzədi, bəs o biri şeirlərim kimə bənzəyir? Axı mən ya yaza bilirəm, ya da yaza bilmirəm. Məhəmməd Füzuli də "Leyli və Məcnun" yazıb, Nizami də. Bu, normaldır.
Düzünü deyim, Salam Sarvanın şeirlərini oxumamışam, o şeirlə də tanış deyiləm. Əgər xətrinə dəymişəmsə, o müəllim anlamında qəti qərar veribsə ki, Kənan M.M. ondan oğurluq edib, məndən yaşda böyük olduğuna görə ondan üzr istəyirəm. Amma Allahım, bir də vicdanım bilir ki, oğurluq etməmişəm. Məni yaxşı tanıyanlar da bilir ki, bir bənd şeiri oğurlayıb yazmağa ehtiyacım yoxdur".
-----------
12:21
"Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə eyham vurmaq qərarına gəldim".
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Salam Sarvan rejissor Kənan M.M.-in yazdığı şeirin onun misralarına bənzərliyi haqda Feysbuk səhifəsində yazıb. O, Kənan M.M.-i çağdaş Azərbaycan şairlərini oxumağa çağırıb:
"Bu yaxında Kənan M.M.-in çap etdirdiyi şeirdən bir bənd diqqətimi çəkdi:
Bağışla, düşüncəm tör-töküntüdür,
Xəyallar qoymur ki, gedim uzağa.
Demə ki, həsrətin yaman pintidir,
Xatirən tökülüb bütün otağa.
Bilmirəm, haqlıyammı, amma mənim "Sənli xatirələr dağılıb evə, bağışla, otağım tör-töküntüdür" misralarımla çox mehriban görünür bu bənd. İddia eləmirəm ki, hörmətli Kənan bəy bunu bilərəkdən edib, o, heç bəlkə, məni oxumayıb da. Amma görünür, ən azı, Azərbaycan şairlərini oxumaq lazımdır ki, belə "toqquşmalardan" qaça biləsən.
Düzü, heç vaxt belə xırdaçılıqlara getməmişəm. İndiyədək yazdığım şeirlərin ideyasının, ayrı-ayrı bəndlərinin, misralarının mənimsənilməsi (söhbət təsirdən getmir) halları çox olub. Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə, eyham vurmaq qərarına gəldim. Amma yenə də tərəddüddəyəm, bilmirəm, haqlıyammı?"
Müqayisə üçün Salam Sarvanın sözügedən şeirindən həmin bəndi də təqdim edirik:
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdür?
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım tör-töküntüdür...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının bəzi ərazilərində elektrik kəsiləcək
-
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Gülbən Ergenin çimərlik (Fotoları)
XƏBƏR LENTİ
-
Bakının bəzi ərazilərində elektrik kəsiləcək
-
İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir
-
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
-
Soğanları kağız salfetə bükənlər bu dərddən qurtulur
-
100 yaşına çatanların səhər yeməyi seçimi: Hər gün bir kasa içirlər
-
Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
-
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Yamalın atası Messidən gənc imiş
-
Gülbən Ergenin çimərlik (Fotoları)
-
Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib (Foto)
-
"Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
-
Günün qoroskopu: Bu gün cəmiyyətdə parlayacaqsınız
-
Aaron Maluda “Bazel”ə keçə bilər
-
Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
-
Lydia Cemre Özşişman 35 kilo arıqlayıb (Foto)
-
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb (Video)
-
Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü qeyd olunub (Foto)
-
“İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
-
Pike Şakiranı izlədi - (Video)
-
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb (Foto/Video)





