Ölkə

Gömrükçülər 350 kapsul "Tramadol" aşkar ediblər

14 Sentyabr 2016 13:23
1 Şərh     Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul "Tramadol" 200 mq və 30 həb "Tramadol" 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.

Məlumat üçün bildiririk ki, "Tramadol" adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.