ATV əməkdaşlarının döyülməsinə MTRŞ-dan MÜNASİBƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ATV-nin "Yoxlama" verilişi normal-maarifləndirici layihədir. Verilişin buraxılışlarını izləyərkən konsepsiyasının nədən ibarət olduğu ortaya çıxır. Bildiyimiz kimi, xarici televiziyalarda da bu tip verilişlər var və kifayət qədər baxımlı verilişlərdir".
Milli.Az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, "Yoxlama" verilişinin monitorinqi zamanı hazırda qanunvericiliyin tələblərinin ciddi pozulması hallarına rast gəlinmir: "Lakin səs-küyə səbəb olan istənilən veriliş kimi, bu veriliş də xüsusi olaraq diqqətimizdədir. Verilişin buraxılışları izlənilir. Biz verilişə teleradio yayımı haqqında qanunvericiliyin prizmasından yanaşırıq. Lakin bir tamaşaçı kimi yanaşanda verilişin müsbət missiyası, istehlakçıların hüquqları baxımından müsbət mahiyyətini danmaq olmaz. Həm də onu da nəzərə almaq lazımdır ki, bu veriliş xeyli vaxtdır, efirdədir. Sahibkarlığın inkişafı baxımından problem yaratsaydı, müvafiq qurumların reaksiyası müşahidə olunardı".
Qeyd edək ki, ATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları Şamaxıda çəkiliş apardıqları zaman "Şamaxı" yeməkxanasında münaqişə yaşanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları "Şamaxı" yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar. Toplanmış material rayon prokurorluğuna göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi





