Binəqədi rayonunda Laçın rayonuna həsr olunmuş “Laçın nağılı” adlı təqdimat keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 18-də Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 179 və 182 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə "Qarabağ həftəsi" layihəsi çərçivəsində Laçın rayonuna həsr olunmuş "Laçın nağılı" adlı təqdimat keçirildi. Təqdimatda münsiflər heyətinin üzvləri, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Milli.Az bildirir ki, tədbiri giriş sözü ilə açan Kəmalə Şıxlinskaya bütün qonaqları salamlayaraq, orta məktəb şagirdləri arasında təşkil edilmiş bu layihənin vətənpərvərliyin tərənnüm etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını söylədi. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat hər iki məktəbin istedadlı şagirdlərinin ifasında müxtəlif səhnəciklərin nümayişi, şeirlər, rəqslər və mahnıların ifa edilməsi ilə davam etdirildi. İlk öncə "Şəhrizad" və "Dünya Qarı" tərəfindən Laçın rayonunun xoşbəxt günləri tamaşalarla təqdim edildi. Qədim, orta əsr dövrlərini, 1918 və 1992-ci illəri əhatə edən səhnəciklərdə Laçın rayonunun qədim dövrlərdən müasir dövrə qədər mədəniyyəti, milli-mənəvi dəyərləri, mətbəxi nümayiş edildi. Laçınlı şair Seyyid Həmzə Mir Nigar, Sarı Aşıq və Yaxşı obrazları, xanəndələrin ifası, milli rəqslər, həmçinin, Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının şücaəti peşəkarlıqla canlandırıldı.
Təqdimat qələbə əzmi ilə başa çatdı. Şuşadan ucalan azan səsi ilə bütün insanlar Qarabağa - Vətənə səsləndi.
Sonda, münsiflər heyətinə məktəblər tərəfindən hazırlanmış fotostendlər nümayiş olundu. Stendlər Laçın rayonu haqqında və şəhidlərimiz barədə zəngin məlumatları əhatə edirdi.
Yekun nitq söyləyən YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva layihənin əhəmiyyətindən danışaraq bildirdi ki, "Qarabağ həftəsi" adlı layihə may ayının 27-nə qədər davam edəcək və işğal altında olan bütün rayonlarımızın təqdimatları təşkil ediləcəkdir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
Bank kartlarındakı problemlə bağlı Mərkəzi Bankdan AÇIQLAMA





