Ölkə

Azərbaycanda neçə "Ferrari" satılıb? - Qiymət 250 000 avrodan başlayır

22 Aprel 2016 19:51
4 Şərh     Baxış: 4 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda "Ferrari" avtomobillərin rəsmi dileri "AvtoLux Azerbaijan" şirkəti satılan avtomobillərin sayını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Avtolux Azerbaijan" şirkətinin direktoru İbrahim Əhmədov yeni "Ferrari 488 modelin" təqdimatı zamanı bildirib ki, bu günə qədər şirkət tərəfindən 6 ədəd "Ferrari" avtomobili satılıb.

Onun sözlərinə görə, Azərbaycanda "Ferrari" avtomobillərin ilk rəsmi satış mərkəzi 2014-cü ildə açılıb:

"Bu günə qədər "Ferrari" avtomobillərinin rəsmi dileri üç "Ferrari 458", iki "Ferrari F12 Berlinetta" və bir "Ferrari California" modeli satılıb. Müştərilərimiz avtomobili seçərkən ən çox qırmızı rəngə üstünlük verirlər".

Qeyd edək ki, əfsanəvi, elit idman avtomobilləri sayılan "Ferrari" maşınlarının qiyməti təxminən 250 000 avrodan başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.