Daha bir şəhidimiz doğma kəndində dəfn edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəbhədə erməni təxribatı nəticəsində yaranan gərginlik nəticəsində şəhid olan əsgərlərdən biri Şəmkirin Tatarlı kəndində dəfn edilib. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 19 yaşlı Nurlan Qasımov təntənə ilə son mənzilə yola salınıb.
Nurlan Qasımovun dəfn mərasiminə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin, eləcə də Şəmkir rayon İcra Hakimiyyətinin rəsmiləri, əsgər yoldaşları və minlərlə sakin qatılıb. Son günlər cəbhədə baş verən hadisələrdən danışılan mərasimdə şəhid əsgərimizin düşmənə layiqli müqavimət göstərdiyi və sücaətlə vuruşduqlarına diqqət çəkilib. Nurlan Qasımovun qanının yerdə qalmayacağı və düşmənə layiqli cavab verildiyi vurğulanıb. Şəhidin valideynləri və yaxınları vətən sağ olsun deyərək xidmətdə olan digər əsgərlərə döyüşlərdə uğurlar arzulayıblar.
Cəmil Qasımov- şəhidin atası: "Oğlum vətən yolunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət etsin. O, öz dediyindən dönmədi. Vətən uğrunda şəhid oldu".
Həsən Həsənov - şəhidin müəllimi: "Mən Nurlanın müəllimlərindən biriyəm. Nurlan orta məktəbdə təhsil aldığı vaxtdan vətənə bağlılığı ilə seçilib. Ona görə də canını vətən yolunda qurban verdi. Nurlanın valideynləri və yaxınları onunla fəxr edə bilər. "Torpaq uğrunda ölən varsa, vətəndir" deyiblər".
Kütləvi insan izdihamının müşayiəti ilə Nurlan Qasımovun nəşi Tatarlı kənd qəbristanlığında torpağa tapşırılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub. Dövlət himnimizin sədaları altında yaylım atəşi açılıb. Şəhid Nurlan Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çatdırılmışdı. Allah rəhmət etsin!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





