Ölkə

Vidadi Bərdəlinin qardaşı oğlu söz-söhbətlərə son qoydu

19 Mart 2016 14:36
8 Şərh     Baxış: 13 500
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gün əvvəl mətbuatda yayımlanan xəbərlərdə mərhum müğənni Vidadi Bərdəlinin oğlunun Bərdə rayonunda qətl törətməsi Bakıda yaşayan ailə üzvlərinin narazılığına səbəb olub.

Millli.Az bildirir ki, mətbuata açıqlama verən mərhum müğənninin qardaşı oğlu, müğənni Tuncay Vidadi bildirib ki, qətl törədən Tural Allahverdiyevin onların ailəsinə heç bir aidiyyəti yoxdur və həmin şəxs Vidadi Bərdəlinin oğlu deyil:
"Həmin şəxsin soyadından aydın olur ki, onun ailəmizə aidiyyəti yoxdur: Tural Allahverdiyev Vidadi Bərdəlinin oğlu deyil, ola da bilməz! Məlum olduğu kimi, soyadımız Vəliyevdir. Bununla şou yaratmaq xatirinə bu cür əsassız söz-söhbətlər yayımlanır".

Tuncay Vidadi əmisi Vidadi Bərdəlinin vəfatından sonra onun içkidən ölməsi haqqında danışılan söz-söhbətlərə də aydınlıq gətirib:

"Vidadi Bərdəlinin adına bu cür mənasız, heç bir əsası olmayan şayiələri yaymaqla ləkə gətirmək istəyən bu kimi xoşagəlməz fikirlər paxılların, cahillərin işidir. Heç vaxt da onun adına nə isə deməyə gücləri çatmayacaq! Çünki Vidadi Bərdəli xalqın gözündə sevilən və seçilən sənətçilərdən olub. O ölməyib, onu biz yaşadırıq! Mən əmimlə hər zaman fəxr edirəm. Allah rəhmət eləsin!"

Əmisinin sənətini davam etdirdiyini deyən T.Vidadi özünün də Vidadi Bərdəlinin oğlu hesab edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu, bilərəkdən kimlərinsə bəd niyyətlə atdığı addımdır:

"Təəssüf ki, əmim Vidadi Bərdəlini vaxtsız itirdik. Əmim 2012-ci il noyabrın 30-da vəfat etdi. Həmin gün bizim üçün ağır idi. Hamımız şokda idik, matəm içindəydik. Aramızdan çox tez getdi. Əmimin vəfatından sonra bir çox tədbirlərə, televiziya verilişlərinə dəvət aldım. Onun adını əbədiləşdirmək üçün mahnılarını ifa edib, xalqın qarşısına keçdim. İnsanların əksəriyyəti məni Vidadi Bərdəlinin oğlu bilirdi. Əslində isə Vidadi Bərdəlinin böyük qardaşı Vaqif Vəliyevin oğluyam. Lakin bəzi insanlar var ki, hansısa marağa görə bilərəkdən məni onun oğlu kimi təqdim edirlər. Bu, sosial şəbəkələrdə də böyük ajiotajla müzakirə olunub. Vidadi Bərdəli doğma əmimdir, ata yarımdır. Gözümü açandan onun yanında olmuşam. Sənətindən bəhrələnmişəm və bir çox el şənliklərində birlikdə iştirak etmişik. Vidadi Bərdəlinin sağlığında öz adını mənə şərəflə daşıyacağımı və sənətinin davamçısı olacağımı düşünərək Tuncay Vidadi Bərdəli adını verib, o cümlədən də sənətini davam etdirəcəyini istəyib. Əmimin vəfatından sonra onun arzusunu yerinə yetirməyə və layiqincə adını yaşatmağa çalışıram.

Ailəmizdə Vidadi Bərdəlinin sənətinin davamçısı yetərincədir. Əsasən, onun mahnılarını tədbirlərdə, verilişlərdə mən səsləndirirəm".

Məlumat üçün bildirək ki, ifaçılıq sənətiylə 10 ildir məşğul olan Tuncay Vidadi Bərdə rayonunda musiqiçi ailəsində dünyaya göz açıb. Daha sonra Bakı şəhərinə köçərək, burada ali təhsil alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.