Ölkə

Rezidenturaya ərizə qəbulu başlayır

1 Mart 2016 09:34
0 Şərh     Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.

Milli.Az report-a istinadən bildirir ki, bu gündən rezidenturaya ərizə qəbulu başlayır. 

Ərizə qəbulu martın 10-na kimi davam edəcək. Qəbul imtahanının I mərhələsi aprelin 3-də, II mərhələsi isə iyulun 29-da olacaq. Qəbul imtahanının birinci mərhələsi üçün sınaq imtahanı (onlayn rejimdə) isə martın 19-dan başlayacaq.
İxtisaslaşma seçimi avqustun 1-dən 7-dək, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 5-dək, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat isə 24-25 avqustu əhatə edəcək. 

Qeyd edək ki, qəbul elanının tam mətni, rezidenturaya ərizə verən namizəd üçün təlimat, "Namizədin elektron ərizəsi"nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində "Rezidentura" jurnalının 2-ci sayında təqdim edilib.

Jurnalın elektron versiyasını (pdf formatında) www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı" bölməsində sifariş etməklə əldə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.