Bakının "Şeytan çarxı" "lənətlənib" - REPORTAJ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının ən böyük attraksionu olan "Şeytan çarxı" son devalvasiyadan sonra ən ağır günlərini yaşayır.
Dünyanın ən böyük attraksionlarının sırasına öz adını yazdıran "Şeytan çarxı"nda bir neçə ay öncə insan əlindən tərpənmək mümkün olmasa da, hazırda attraksion, demək olar ki fəaliyyətsiz qalıb.
Nəzərimizi çəkən ən maraqlı məqam isə çarxın axşamlar şəhərə gözəllik verən işıqlarının yandırılmaması oldu. Elə bu səbəbdən də attraksionun yerləşdiyi əraziyə yollandıq.
Axşam saatlarında insanların növbə gözlədiyi bu əyləncə çarxında indi tək-tük adam görmək olar. O da 1 saata 2-3 nəfər buraya gələ, ya gəlməyə...
Çarxın kassasında fəaliyyət göstərən işçilər də apardığımız müşahidədən gəldiyiniz nəticəni təsdiq etdilər. Onların sözlərinə görə, son bir neçə ayda havanın necə olmasından asılı olmayaraq, çarx, demək olar ki, fəaliyyətsizdir. Buna səbəb isə qiymətlərin bahalığı və insanların maliyyə vəziyyətinin yaxşı olmamasıdır.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "Şeytan çarxı"na minib, şəhərin mənzərəsinə tamaşa etmək istəyənlər üçün qiymətlər fərqlidir: 6-12 yaş arasında olan uşaqlar üçün 3 manat, 12 yaşdan yuxarı şəxslər üçünsə, 5 manatdır. Çarxa ailəvi olaraq minirsənsə, 25 manat ödəməli olacaqsan.
İşçilər qeyd etdilər ki, insanlar qiymətləri gördükdən sonra attraksiona minmirlər.
Adının çəkilməsini istəməyən işçinin sözlərinə görə, ən yaxşı Yeni il günü işləyiblər. Ondan sonra isə demək olar ki, fəaliyyətsiz qalıblar: "Bir tək Yeni ildə yaxşı işləmişik. Ondan sonra elə də işimiz olmayıb. Minən yoxdur. Bəzən elə olur ki, qiymət tablosuna baxmayıb, bileti alırlar. Sonra bizimlə mübahisə edirlər ki, bəs, çox bahadır, bileti geri qaytaraq. Bu isə mümkün deyil. Biz də öz işimizi görürük. Səhərdən-axşama qədər burada bir tikə çörəyimizi qazanmaqla məşğuluq. Nə edək, bizim də dolanışığımız buradan çıxır".
Bir neçə gündür, attraksionun işıqları, ümumiyyətlə, yandırılmır. Səbəbi məlum olmasa da, görünən budur ki, bu hal müştərinin "qaçmasına" səbəb olur və çarxın fəaliyyətinin dayandırıldığı təsəvvürü yaradır.
Qeyd edək ki, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində yerləşən müasir attraksion-panoram 2014-cü ilin martında istismara verilib. Bu attraksion Niderlandın "Dutch Wheels" şirkəti tərəfindən quraşdırılıb.
Diametri 60 metr olan qurğuda hərəsində 8 nəfərlik yer olmaqla, 30 kabinə var. Çarxın bir dövrəsinin vaxtı 35-40 dəqiqə təşkil edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Metamfetaminlə tutulan şəxsə hökm oxundu
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama
-
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
-
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO





