Bakıda gözəl quş qalmayacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar Bakıda qarğaların çoxalması müşahidə olunur. Park və bağlarda addımbaşı rast gəlinən boz qarğalar canlılarla qidalandığından yırtıcı quşların paytaxtda çoxalması sakinləri narahat edir.
Mütəxəssislərin fikrincə, qarğalar əsasən zibillik və çirkli yerlərdə məskən salırlar.
Milli.Az azvision.az-a istinadən bildirir ki, alimlər hesab edirlər ki, boz qarğaların şəhərə köç etməsi digər quşların yoxa çıxmasına səbəb olur. Qarğaların "sevimli məşğuliyyəti" digər quşların yaşadığı yuvaları dağıtmaqdır. Qarğalar quş yuvalarından yumurtalar və quşların balalarını oğurlayıb yeyir.
Qarğalar azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur.
Biologiya elmləri doktoru, professor Qara Mustafayev bildirib ki, Bakıda boz qarğaların sayının artması ciddi problemdir.
Onun fikrincə, boz qarğa təbiətdə sanitar rolunu oynasa da, şəhər təbiəti üçün zərərli hesab olunur: "Boz qarğanın şəhər üçün ziyanı şəhərin estetik gözəlliyinə xidmət edən quşların yuvasını dağıtmaq, balalarını yemək, onları nəsil artırmağa qoymamaqdır".
Q.Mustefayevin sözlərinə görə, qarğalar yay aylarında həddindən artıq təhlükəli olurlar: "Bakıda qarğaların artımının qarşısı alınmasa, xırda quşların kökü kəsiləcək. Qarğalar son vaxtlara qədər Sanqaçalda məskən salmışdılar. Bu quşlar 50 kilometr uzağa gedib, yem tapıb yedikdən sonra yenidən Bakıya tərəf gəlirlər. Beş il bundan öncə paytaxta 5-6 növ xırda quşlar gəlmişdi. Yaşılca, qaratoyuq, sığırçın, iki növ qır-qır kimi quşları Bakıda görmək olardı. Bunlar bəzək və şadlıq quşu kimi tanınırdı. Hətta bülbül də burada yuva salmağa başlamışdı. Qarğalar paytaxta gələndən sonra həmin bəzək quşları yoxa çıxıb. Çünki qarğa həmin quşların yuvalarını taparaq onların yumurtaları ilə qidalanır. Onların nəsil artımına mane olur".
Mütəxəssisin sözlərinə görə, paytaxta qarğaların çoxalması zibilliklərin və yaşayış massivlərinin artması ilə əlaqələndirir: "Qarğalar meşələrdə yem olmadığından şəhərə üz tutur. Bakıda isə onların yemlənməsi üçün əlverişli şərait var".
Qarğaların çoxalması təkcə Bakıda deyil, inkişaf etmiş Avropa ölkələrində də müşahidə olunur. Bu quşlardan yaxa qurtarmaq üçün onun yem bazası məhv edilməlidir. Ornitoloqların fikrincə, boz qarğalar insanların sağlamlığına deyil, ovqatına təsir edir.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının sədri Telman Zeynalov Bakıda qarğaların sayının artmasını tullantılarla əlaqələndirib.
"Bakıda tullantılar, zibilliklər çox olduğundan qarğaların sayı da artıb. Tək Bakı yox, rayonlara gedən yollar da zibillikdir. Qarğalarla mübarizədə ilk növbədə zibilliklər təmizlənməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





