Dekorativ ağaclar hansı şəraitdə və formada becərilir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekorativ ağaclar yol kənarlarını, park və xiyabanları gözəlləşdirir, havanın təmizlənməsinə kömək edir. İlin bütün fəslində yaşıl olan bu bitkilər daim göz oxşayır. Təbii ki, bu gözəlliyi almaq üçün insanlar əmək sərf edir, əziyyət çəkir. Bəhrəsini isə biz görürük.
70 yaşlı Elbəyi Əsgərov 50 ilə yaxındır ki, bağbandır və bunun da 35 ilini dekorativ ağacların əkib becərilməsinə həsr edib. Onun sözlərinə görə, əvvəllər bu cür ağaclar bizə xaricdən gətirilirdi. İndi isə artıq özümüz onları yetişdirə bilirik. Kəpəz TV (Region TV) xəbər verir ki, bəzi ağaclar da var ki, onların tingləri xaricdən yeni gətirilib və bu ağaclara tələbat çoxdur.
Arizona şamının digər şam ağaclarından bir çox üstün cəhətləri var. Əsasən, şamın rəngi, eləcə də görünüşü digər şamlardan fərqlənir. Şam ölkəmizə son 5 ildir ki, gətirilib əkilir və əsasən, toxumdan bitir.
Dekorativ ağacları müxtəlif görkəmə salmaq da olur. Bu da onlara xüsusi gözəllik verir. Bu ağaclar, əsasən, toxumla, bir də tinglə becərilir.
Elbəyi Əsgərov: "Toxumla bitənlərin ancaq suyunu verib, bir də alasını çəkmək lazımdır. Həftədə bir dəfə sulamaq lazımdır, ancaq çilingdən olanı hər gün çiləmə ilə suvarmalısan. Dibini həddən artıq sulamaq olmaz, dibi palçıq olan yaxşı yetişmir, çiləmə ilə rütubət verəndə yaxşıdır".
Dekorativ ağacları yetişdirmək çox çətindir. Hər ağacın öz sirri, öz yetişdirilmə qaydası var. Onların yetişməsi üçün rütubətli şəraitin yaradılması da vacibdir. Ağacların çoxunun gün şüalarına ehtiyacı var, bəzi ağaclar isə fərqli olaraq kölgədə bitir.
Dekorativ ağacların meyvə ağaclarından bir çox üstün cəhətləri var. Əsas üstün cəhəti ondan ibarətdir ki, bu ağacları ilin bütün fəsillərində, bütün aylarda əkmək mümkündür. Sadəcə olaraq, bu ağaclara qulluq göstərmək lazımdır.
Elbəyi Əsgərov: "Gərək hər an başının üstündə olasan, istədiyini biləsən, onunla danışmağı bacarasan. Rütubətini vaxtlı-vaxtında verə biləsən, günün qızmar vaxtı üstü kölgəli olmalıdır. Elə olub ki, 200 dənə çiling sancmışam, ondan 190 dənə bitib. Vaxtını keçirmədən qayğı göstərmişəm. Ancaq ötən il 10 min ting əkmişəm, vaxtlı-vaxtında baxa bilməmişəm, ondan 300-400 dənə ağac götürmüşəm".
Bağban 30-a yaxın dekorativ ağac növü yetişdirir. Bu ağacların tingini 3 ilə becərib, sonra əkirlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
XƏBƏR LENTİ
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"





