Bayraq Meydanının sabiq rəisinin məhkəməsi olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun vəkili Akif Əlizadə müvəkkili barəsində Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Mürgüzovun sədrliyi ilə baxılacaq.
A.Əlizadə "Yeni Müsavat"a deyib ki, müvəkkilinin həbsdə qalması üçün heç bir əsas yoxdur: "Biz müdafiə tərəfi olaraq hesab edirik ki, Rəşad Məmmədovun barəsində həbslə əlaqəli olmayan bir tədbir seçib istintaqın davam etdirilməsi mümkündür. Çünki Rəşad Məmmədovun həbsdə saxlanılması üçün heç bir əsas yoxdur. Dekabrın 9-da Səbayel Rayon Məhkəməsi Rəşad Məmmədovun barəsində həbs müddətini 3 ay artırıb. Məhkəmə həbs müddətini uzadarkən bunun üçün konkret əsaslar göstərməli idi. Lakin belə bir əsas gətirilmədi, ümumi sözlərlə istintaq müddətini uzatdılar. Rəşad Məmmədov Zabil Salmanovun ərizəsi əsasında həbs olunub. Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Zabil Salmanov istintaq orqanına müraciət edib, ondan zorla ifadə alındığını, yalan ifadə verməyə məcbur edildiyini açıqlayıb. Çox təəssüf edirəm ki, həmin ərizə bu gün də baxılmamış qalıb. İttiham üzrə heç bir günahı olmayan Rəşad Məmmədov may ayından bu günə qədər həbsdə saxlanılır, bundan 3 ay sonra da həbsdə saxlamaq istəyirlər. Rəşad Məmmədova qarşı bu cür münasibətin qaynağı bizə aydın deyil. Ümid edirəm ki, Rəşad Məmmədovun barəsindəki qərar apellyasiya instansiyasında dəyişdiriləcək".
Qeyd edək ki, R.Məmmədovla yanaşı, iş üzrə maklerlər - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədov da həbsdədirlər. Onların vəkilləri də məhkəməyə müraciət edərək müvəkkilləri haqda Səbail məhkəməsində çıxarılan eyni məzmunlu qərardan apellyasiya şikayəti veriblər. Vəkillər hər iki şəxsin azadlığa buraxılaraq istintaqın davam etdirilməsini tələb edirlər.
Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





